Tarix : 2017 Feb 21
Kod 51285

İMAM XAMENEİ: "Fələstin xalqının məzlumluğunun qəm-kədəri hər bir azadlıqsevər insanın qəlbini incidir"

Həzrət Ayətullahülüzma Xamenei: " Fələstinin kədərli qissəsi və bu səbirli və müqavimətli xalqın məzlumluğunun qəm-kədəri hər bir azadlıqsevər, haqqsevər və ədalətsevər insanın qəlbini incidir".
Arannews- İslam İnqilabının Böyük Rəhbəri buyurublar: Fələstinin kədərli qissəsi və bu səbirli və müqavimətli xalqın məzlumluğunun qəm-kədəri hər bir azadlıqsevər, haqqsevər və ədalətsevər insanın qəlbini incidir.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün səhər Tehranda keçirilən 6-cı Fələstin İntifazəsinə Dəstək Beynəlxalq Konfransın əvvəlində çıxış ediblər: Fələstin xalqının vəhşicəsinə repressiyası, geniş həbslər, qətl və qarət, bu xalqın ərazilərinin qəsb edilməsi və həmin yerlərdə qəsəbələrin salınması, Müqəddəs Qüds şəhəri, əl-Əqsa məscidi və digər islam və xristian müqəddəs məkanlarının kimliyi və mentaliteti üçün göstərilən səy Amerika və bəzi qərb dövlətlərinin sionist rejimə hərtərəfli dəstəyi ilə elə bir halda baş verir ki, təəsüflər olsun ki, layiqli qlobal reaksiya ilə üzləşmir.
İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Fələstin xalqı fəxr edir ki, Allah-taala onlara minnət qoyub və bu müqəddəs diyar və əl-Əqsa məscidinin müdafiəsi üzrə böyük yükü onların çiyninə qoymuşdur.
Həzrət Ayətullahülüzma Xamenei bildiriblər: Regiondan kənar bir məkrli planda bir ölkə tamamilə işğal olunur, vətəndaşlar öz ev-eşiklərindən qovulur və onların yerinə dünyanın digər yerlərindən başqa bir qrup oraya gətirilir, həqiqi mövcudluq görməməzliyə vurulur və saxta mövcudluq onun yerinə tətbiq olunur. Bunun özü digər çirkli səhiflər kimi tarixin kirli səhifələrindən biridir və Allah-taalanın izni və köməyi ilə silinəcəkdir.
İnqilab Rəhbəri buyurublar: Bu konfrans dünyanın və regionun ağır şəraitlərindən birində keçirilir. Bu günlər bir çox de-stabillik və böhranlara məruz qalan regionumuz hər zaman qlobal məkrli plan əleyhinə mübarizələrində Fələstin xalqının arxası olmuşdur.
Həzrət Ayətullahülüzma Xamenei xatırladıblar: Regionun bir neçə islam ölkəsindəki mövcud böhranlar Fələstin məsələsi və Qüdsün azadlığı üzrə müqəddəs amalın zəifləməsi ilə nəticələnmişdir. Bu böhranların nəticələrinə diqqət yetirmək ondan faydalanan qüdrətlərin kim olduğunu və kimlərin bu bölgədə sionist rejimi yaratdığını bizə anladır. Belə ki, uzunmüddətli qarşıdurmanı tətbiq etmək vasitəsi ilə regionun stabilliyi və inkişafına mane olmaq istəyirlər.
Həzrət Ayətullahülüzma Xamenei bu iclasın dəyərli nailiyyətlərindən birini islam dünyası və dünya azadlıqsevərlərinin əsas prioriteti, yəni Fələstin məsələsi, Fələstin xalqına dəstək üzrə ali məqsədin reallaşması üçün həmrəylik atmosferinin yaradılması və onların haqsevər və ədalətsevər mübarizələrinin irəli sürülməsi adlandırıblar.


  • Yazılıb
  • da (də) 2017 Feb 21
  • Göndərən مدير سايت Aran News