Arannews- Bu gün Rusiya Xarici İşlər naziri Sergey Lavrovla Ermənistan Xarici İşlər naziri Edvard Nalbəndyanın Moskvada görüşü keçiriləcək.
görüşdə əsas müzakirə mövzusu Dağlıq Qarabağ məsələsi olacaq.
Agentlik həmçinin Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun da, tezliklə, Rusiyaya səfər edəcəyini bildirib. Bununla bağlı hazırlıq Rusiya Xarici İşlər nazirinin müavini Qriqori Karasinlə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu arasındakı görüşdə müzakirə edilib.