Arannews- İran növbəti 15 gün ərzində Rusiyaya sutkada 100 min barrel neft satacaq. Bu barədə İran İslam Respublikasının neft naziri Bijan Zanqane məlumat verib.
O bunu Rusiyanın energetika naziri Aleksandr Novakla görüşündən sonra bildirib.
Nazirin sözlərinə görə, Rusiya ixracın yarısını pul vəsaiti, yarısını isə mal və xidmətlərlə ödəyəcək.
Zanqane, həmçinin qeyd edib ki, bir sıra Rusiya şirkətləri artıq İran firmaları ilə anlaşma memorandumu imzalayıblar.