Tarix : 2017 Feb 22
Kod 51291

Ermənistan silah alışı ilə bağlı Rusiya ilə dialoqu davam etdirəcək

Erməni Nazir: "Biz Rusiya ilə silah alışı ilə bağlı dialoqu davam etdirəcəyik. KTMT çərçivəsində bizim silahları Rusiya ordusunun daxili qiymətlər ilə aldığımız və güzəştli kreditlərin olması nəzərə alınsa, təbii ki, belə əməkdaşlığın potensialı artır. Biz bunda maraqlıyıq".
Arannews- "Ermənistan silah alışı ilə bağlı Rusiya ilə dialoqu davam etdirəcək".
Bunu ermənistanın müdafiə naziri Viqen Sarkisyan deyib.
Onun sözlərinə görə, son illər Rusiyanın hərbi-texniki potensialında artım dinamikası bu ölkə ilə əməkdaşlığı artırmağa sövq edir.
 “Bir sıra məsələlər üzrə müqavilələr vaxtından əvvəl reallaşdırılır və bu sevindirici haldır. Biz Rusiya ilə silah alışı ilə bağlı dialoqu davam etdirəcəyik. KTMT çərçivəsində bizim silahları Rusiya ordusunun daxili qiymətlər ilə aldığımız və güzəştli kreditlərin olması nəzərə alınsa, təbii ki, belə əməkdaşlığın potensialı artır. Biz bunda maraqlıyıq”, - deyə erməni nazir vurğulayıb.

  • Yazılıb
  • da (də) 2017 Feb 22
  • Göndərən مدير سايت Aran News