İsrail və Ərəbistan nümayəndələrinin çıxışlarındakı anti-İran mövqeləri Türkiyənin xarici işlər nazirinin Münhün konfransının ilk günündə İrana qarşı iddiaları ilə eyni xarakter daşıdı.
Arannews-Münhen Təhlükəsizlik Konfaransı bu il Amerikada yeni prezident seçkilərində Donald Trampın seçilməsinin təsiri altında idi. Həm qərb natiqləri, həm də digər ölkələrin nümayəndələri konfransda öz rəsmi çıxışlarına ABŞ-da Trampın gözlənilmədən hakimiyyətə gəlməsinin təsiri altında başladılar. Eyni halda digər bir mövzu da builki Münhen konfransında rezonans doğurdu. O da Türkiyə, Ərəbistan və sionist rejim nümayəndələrinin İrana qarşı eyni mövqedən çıxış etmələri idi.
Münhen Təhlükəsizlik Konfransının əsası 1962-ci ildə alman naşiri Evald fon Klyast tərəfindən qoyulub. Münhen konfransında heç bir qərar qəbul edilməsə də onun iştirakçıları müxtəlif ölkələrin tanınmış siyasi simaları və təhlükəsizlik rəhbərləridir.
Münhen konfransı 2017-ci ildə də təkrarlanan adətə uyğun olaraq sionist rəsmilərinin bütün təlaşlarını və diqqətini İranı ittiham etmək üzərində köklənmişdi. Ancaq bu məsələ o qədər də təəccüblü deyil. Lakin hamının diqqətini çəkən məsələ sionist rejimin müharibə nazirinin Səudiyyə Ərəbistanını müdafiə etməsi oldu. Liberman, İranı Ərəbistanı təhdid etməkdə və Yaxın Şərqdə təhlükəsizliyi pozmaqda ittiham etdi. O, İsrail və Ərəbistanın ortaq təhdidlə üzləşdiyini önə çəkərək Riyazı tərəfdaşlığa dəvət etdi. Libermanın İran əleyhinə çıxışından bir gün ötməmiş Səudiyyə Ərəbistanının xarici işlər naziri da sionist rejim nümayəndəsinin sözlərini təkrar edərək İranı Yaxın Şərqdə sabitsizlik amili və Ərəbistanı məhv etmək istəyən qüvvə adlandırdı.
İsrail və Ərəbistan nümayəndələrinin çıxışlarındakı anti-İran mövqeləri Türkiyənin xarici işlər nazirinin Münhün konfransının ilk günündə İrana qarşı iddiaları ilə eyni xarakter daşıdı. Türkiyə nümayəndəsi də İranın bölgədə yürütdüyü siyasət, Fars körfəzi ətrafında olan bir çox region ölkələrinin, o cümlədən də Səudiyyə Ərəbistanı ilə Bəhreynin sabitliyini pozmaqda günahlandırmışdı. Çavuşoğlu İran İslam Respublikasının, İraqı və Suriyanı iki şiə ölkəsinə çevirməyə təlaş etdiyini dilə gətirmişdi.
Digər tərəfdən də Türkiyə, sionist rejim və Ərəbistan nümayəndələrinin Münhen konfransında İran əleyhinə çıxışları yenidən bir sıra regional anti-İran koalisiyaların yaranmasından söz açılmasına səbəb oldu. O cümlədən BBC “İrana qarşı yeni koalisiyanın tingləri”nin əkilməsindən xəbər verdi. Digər medialar da o cümlədən Reuters Münhendə Ərəbistan və İsrail rəsmilərinin anti-İran mövqelərini yeni bir diqqəti çəkən koalisiya kimi dəyərləndirdi.
Bəs, belə bir yeni koalisiyanın formalaşmasını təsdiq etmək olarmı?
Təkrarlanmış koalisiya qabardıldı
Sionist rejim və Ərəbistan rəsmilərinin İran əleyhinə ortaq mövqedən çıxış etmələri ilk dəfə olmasa da bu ortaq mövqenin Türkiyə, Ərəbistan və İsrail tərəfindən qabardılması bir qədər beynəlxalq hadisələr, xüsusən də ABŞ-da Trampın hakimiyyətə gəlməsi ilə ilgili olması kimi xarakterizə olunur.
Doğrusu, Suriyada böhranın güclənməsi və İranın Dəməşq hökumətini dəstəkləməsi zamanından Riyaz və Ankara sionist rejimlə eyni mövqedə dayanraq İrana və Suriyada terrorçu qruplarla mübarizə aparan qüvvələrə qarşı çıxıblar. Ona görə də sözü gedən üç ölkənin anti-İran koalisiyasının formalaşdığını iddia etmələri o qədər də gözlənilməz və təəccüblü deyildi. Konfransda yalnız köhnə anti-İran koalisiyasının yenidən qabardılması müşahidə olundu.
Türkiyə və Ərəbistan rəsmilərinin sionist rejimlə eyni mövqe göstərərək köhnə anti-İran koalisiyasını qabartmasına sövq edən bəlkə də Amerikada yeni prezident seçilməsi və Trampın hakimiyyətə gəlməsi ilə ilgisiz deyil.
Bəs Trampın prezident kürsüsündə oturması ötən üç il müddətində regionda İrana qarşı hərəkət etməkdə axsayan və təsirsiz bir koalisiyanı hərəkətə gətirə bilərmi?
Trampın hakimiyyətə gəlməsi iki aydan az olsa da ancaq çox sərt şəkildə anti-İran mövqei göstərmişdir. Lakin bu sərt mövqe çox səthi olaraq ötüb keçəcəkdir. Tramp iqtisadi baxışla Vaşinqtonun Yaxın Şərq hadisələrinə müdaxilə etməməməsinə, iqtisadi və xarici siyasətdə artıq xərclərin çıxmamasına üstünlük verəcək. Hətta ABŞ-ın Əfqanıstan və İraqdakı müharibələrini də sual altına aparır. Bu üzdən demək olar ki, ABŞ yeni dövlətinin anti-İran mövqeləri elə sözdə qalacaq və Vaşinqtonun məğlub olmuş bir koalisiyanı dəstəkləməsi gözlənilmir.
Ona görə də Ərəbistan və Türkiyə başçıları sionist rejimlə uzlaşaraq Tramp dövrünün başlanması ilə anti-İran koalisiyanın faəllaşacağına ümid bağlayırlarsa, səhv hesablamaya düçar olublar.
Üçtərəfli anti-İran koalisiyasının təsirsiz qalmasının səbəbi nədir?
İranın Suriyada terrorizmlə mübarizəyə başlamasının ardınca Riyaz-Ankara-Təl-Əvivin İran əleyhinə koalisiya yaratmasından üç il ötür. Bəs, indiyədək bu koalisiyanın İran qarşısında aciz və təsirsiz səbəbi nədir?
1. Riyazın məhdudiyyətləri: Riyaz qeyri-rəsmi və gizli şəkildə Təl-Əvivlə İrana qarşı mövqe izləsə də Ərəbistanın İsrailə yaxınlaşması elə də asan deyil. İsrail hələ də ərəb dünyasının ümumi firkində qırmızı xətt sayılır və Ərəbistan rəsmiləri öz daxili meyillərinə baxmayaraq iki şərəfli hərəmin xadimi adını daşımaq iddiası ilə yanaşı Təl-Əvivlə əməkdaşlıqlarını üzə çıxara bilmirlər. Ərəb ölkələrinin ümumi fikrinin sionist rejimə qarşı olması Riyazın Təl-Əvivlə rəsmi əməkdaşlıq edə bilməməsinin əsas səbəbi sayılır.
Digər tərəfdən Ərəbistan ötən iki il ərzində Yəmənə təcavüz edərək müharibəyə başlamışdır. Bu müharibənin ilk baxışda bir neçə həftə, yaxud ən çoxu bir neçə ay ərzində bitəcəyi gözlənsə də ancaq iki ilə yaxındır ki, davam etməkdədir. Ərəbistanın Yəməndə iqtisadi və siyasi xərcləri artmaqda olduğundan Riyazın digər sahələrdə oyunçuluq etmək və regionda İran qarşısında dayanmaq imkanı bərk zəifləmişdir. Bu məsələnin nümunəsini Ərəbistanın Suriyaya bağlı regional hadisələrdə, hətta Hələbin azad edilməsi məsələsində rolunun öz rəngini itirməsində müşahidə etmək olar.
2. Ankaranın məhdudiyyətləri: Türkiyə və İranın ixtilaflı mövzulardan daha çox regional ortaq mövzuları vardır. Türkiyənin ən mühüm daxili təhlükəsizlik məsələsi olan kürd problemi Tehran və Ankaranın öz siyasi sərhədlərində kürd kimliyini qorumaq üçün ortaq mövzusudur və hər iki ölkənin Orta Asiyada türksoylu respublikalara baxışı qərbin nüfuzunun genişlənməsi ilə qarşılaşmaqda eyni mövqe daşıyır. Tehran və Ankara arasında təkcə Suriyanın mərkəzi hökuməti məsələsində fikir ayrılığı vardır. Digər mövzularda elə də dərin və ya qarşı-qarşıya dayanacaq bir ixtilaf yoxdur.
Digər tərəfdən iki ölkə arasında mövcud olan güclü mədəni və ictimai ortaqlıqlar Ankarada hakimiyyətə gələn dövlətləri daim Tehranla anlaşmaya və ona yaxın mövqe tutmağa məcbur edir. Həmçinin, Türkiyədə son çevriliş hadisəsində İranın anti-çevriliş mövqei və bu məsələdə İran və Türkiyə təhlükəsizlik qüvvələrinin əməkdaşlığı (bu məsələ Türkiyə rəsmiləri, həmçinin Ankaranın ölkənin Tehrandakı səfiri tərəfindən də təsdiqlənmişdir) Tehran-Ankara arasında anlaşmaya bir nümunədir.
Tehran-Ankara siyasi və təhlükəsizlik maraqlarının uzunmüddətli ortaqlıqlarına diqqət etməklə Türkiyənin müəyyən bir dövrdə Təl-Əviv və Riyazla eyni cəbhədə dayanaraq İran əleyhinə mövqe tutmasının elə də nəticə verəcəyini gözləmək olmaz.
Elə bu məsələ də Ankara-Riyaz-Təl-Əviv zahiri koalisiyasının bir bucağının işdən düşməsinə səbəb olmuşdur.
3. Təl-Əvivin məhdudiyyətləri: Riyaz və Ankaranın anti-İran koalisiyasında üzləşdiyi məhdudiyyətlər şübhəsiz, Təl-Əvivi də məhdudiyyətlə qarşılaşdırır. Başqa sözlə, anti-İran üçbucaq koalisiyasının iki bucağı məhdudiyyətlə üzləşdikdə üçüncü bucaq da öz təsirini itirir.
Üstəlik, sionist rejimi istəmədən Livan Hizbullah müqavimət hərəkatının qonşuluğunda yerləşmişdiyindən təbii məhdudiyyətlə üz-üzədir. İsrail tərəfindən hər hansı anti-İran hərəkəti atılarsa, bu, Livan Hizbullahının reaksiyası ilə üzləşəcək. Sionist rejimin 2006-cı ildə Livan Hizbullahına qarşı açdığı müharibə 33 gün müddətində İsrailin məğlubiyyəti və atəşkəsi qəbul etməsi ilə bitdi. Ona görə də İsrailin ən mühüm hissələri hesab edilən işğal edilmiş Fələstin ərazilərinin şimal sərhədlərinin Livan Hizbullahı ilə qonşuluğu Təl-Əvivin İran əleyhinə hər hansı bir hərəkətinə məhdudiyyət qoyur.
Qeyd olunan məhdudiyyətləri dünya ölkələrinin İrana qarşı çıxmaqda Təl-Əvivlə razılaşmamaları və digər regional siyasi məhdudiyyətlərlə yanaşı qoyduqda sionist rejimin ehtiyac duyduğu anti-İran koalisiyasının təsirsiz qalacağını daha yaxşı dərk etmək olar. Belə bir durumda əməldə anti-İran koalisiyasının mövcudluğundan söz açmaq olarmı?
Mənbə: Əl-Vəqt