Azərbaycan Ruhanilər Məclisinin üzvi ruhani Şeyx Sərdar Hacıhəsənli Masallı şəhər polisi tərəfindən saxlanılıb.
Arannews- Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvi, Maide.Az saytının baş redaktoru ruhani Şeyx Sərdar Hacıhəsənli Masallı şəhər polisi tərəfindən saxlanılıb.
Bu haqda məlumatı yaxınları Maide.Az-a bildirib.
Məlumata görə, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Şeyx Sərdardan ruhani fəaliyyətinə, xüsusi ilə yüzlərlə insanın önündə cümə namazı qıldığına görə polisə şikayət edib.
Şeyx Sərdar bu gün səhər saat 10-dan polis bölməsində saxlanılır.