Tarix : 2017 Feb 25
Kod 51295

İslam Alimi barəsində bir ay yeddi gün həbs qətimkan tədbiri seçilib

İlahiyyatçı Məhbus: " artıq Azərbaycan Respublikasında "namaz" məhbusu da var"
Arannews- Ruhani Şeyx Sərdar Hacıhəsənlinin vəkili Cavad Cavadov müvəkkili barədə deyib: "Şeyx Sərdar Hacıhəsənlinin barəsində bir ay yeddi gün həbs qətimkan tədbiri seçilib".
Tanınmış vəkilin açıqlamasında deyilir: “ Hacı Sərdara Cinayət Məcəlləsinin 168-1.3 maddəsi ilə ittiham verilib. Bu şəxsi cümə xütbəsi dediyinə və cümə namazı qıldığına göre tutublar. Halbuki, o, ilkin dini təhsilini Sovet dövründə, hələ Masallı rayonunda alıbdır. Sərdar Babayevlə Masallı rayon Polis şöbəsinin MST-da görüşdüm, bildirdi ki, artıq ölkədə "namaz" məhbusu da var.
Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru ruhani Şeyx Sərdar Hacıhəsənli fevral ayının 22-də səhər saat 10-da Masallı şəhər polisi tərəfindən saxlanılıb.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Şeyx Sərdardan ruhani fəaliyyətinə, xüsusi ilə yüzlərlə insanın önündə cümə namazı qıldığına görə polisə şikayət edib.


  • Yazılıb
  • da (də) 2017 Feb 25
  • Göndərən مدير سايت Aran News