Tarix : 2017 Feb 26
Kod 51297

Xocalı faciəsinin 25-ci ildönümü münasibətilə mərasim keçiriləcək

Azərbaycanlı qonaqların iştirakı ilə Xocalı faciəsinin iyirmi beşinci ildönümünə aid mərasim keçiriləcək.
AranNews – Urmiya Azad İslam Universitetinin ictimai əlaqələr bölməsindən verilən məlumata görə Xocalı faciəsinin iyirmi beşinci ildönümü münasibətilə keçiriləcək mərasimdə Azərbaycan Respublikasının bir sıra tanınmış elmi simaları, media əməkdaşları, ictimai təşkilatların nümayənləri və İran İslam Respublikasının nəzər sahibləri iştirak edəcək. Urmiya Azad Universitetinin beynəlxalq hüquq fakültəsinin təşəbbüsü ilə keçirilən mərasimdə Xocalı faciəsinin hüquqi və tarixi aspektləri araşdırılacaq.
Zaman: Bazar günü, 26 fevral, 20017-ci il, (yerli vaxtla) saat: 10:00-dan 12:00-dək.
Məkan: Urmiya Azad İslam Universiteti, Şəhid Bakiri toplantı salonu


  • Yazılıb
  • da (də) 2017 Feb 26
  • Göndərən مدير سايت Aran News