Sankt-Peterburq şəhərinin ruhanisi hacı Rüfət Məmmədov və bu şəhərin möminləri Azərbaycan Ruhanilər Məclisinin üzvü Şeyx Sərdar Hacıhəsənlinin həbsini pisləyiblər.
Arannews- Rusiyanın Sankt-Peterburq şəhərinin ruhanisi hacı Rüfət Məmmədov və bu şəhərin möminləri Azərbaycan Ruhanilər Məclisinin üzvü Maide.Az saytının baş redaktoru Şeyx Sərdar Hacıhəsənlinin həbsini pisləyib.
Sankt-Peterburq şəhərində “Əhlibeyt Hüseyniyyəsində” cümə namazında ruhani Rüfət Məmmədov cümə xütbəsində Şeyx Sərdar Hacıhəsənlinin şəxsiyyətindən, onun elmi, təqvası və Azərbaycanda dini sahədə xidmətlərindən danışıb.
O bildirib ki, Şeyx Sərdar Hacıhəsənli Sovetlər dönəmində hələ gənc yaşlarında olarkən müqəddəs İslam dininin keşiyində dayanıb və onun doğru formada insanlara çatdırılmasında yorulmadan çalışardı: “Şeyx Sərdar Hacıhəsənli nəinki Azərbaycanda, bəlkə Azərbaycanın hüdudlarından kənarda da çox sevilən və rəğbət bəslənilən bir ruhanidir”.
Cümə namazında iştirak edən möminlər həbs olunan Şeyx Sərdarın tutulmasını kəskin şəkildə pisləyib və onun azadlığını tələb ediblər.