Suriyada böhranın başladığı ilk dövrdən Türkiyə bu ölkəyə hərbi müdaxilə üçün bəhanələr axtarırdı.
Arannews-Türkiyənin utilitarizm yanaşma ilə Tehran və Moskvaya yaxınlaşması region, hətta dünya səviyyəsində Ankaraya qarşı güvənsizlik üçün zəminə yaratdı. Bu proses Amerika da daxil olmaqla bir sıra ölkələrin Türkiyəyə güvənini itirməsinə səbəb olacaq və bu sabitsizlik gələcəkdə Türkiyənin xarici siyasətində onun milli maraqlar istiqamətində qərarlarına böyük ziyanlar vuracaq.
Türkiyənin ötən bir neçə ay ərzində İran-Rusiya dairəsinə yaxınlaşması bir çox ekspertlərin diqqətini Türkiyənin Rusiya ilə strateji ittifaq yaratması və tədriclə Moskva üçün Tehranın rolunu oynayacağı mövzusuna çəkdi. Belə bir təhlilə yönəlmənin ən önəmli səbəbi Rusiya və Türkiyə arasında razılaşmaya əsasən, 30 dekabr 2016-cı ildən Suriyada yeni atəşkəs dövrünün başlaması oldu. Həmçinin, Tükiyənin Astana sülh müzakirələrində aktiv iştirakı onun Moskvanın yanında olmağa rəğbətini göstərirdi. Ancaq bir neçə gün öncə Ərdoğanın Fars körfəzi hövzəsində bir neçə ərəb ölkəsinə səfəri və Türkiyənin ABŞ-da yeni hakimiyyətə gəlmiş dövlətə yanaşması Ankaranın Moskvaya yaxınlaşmasını aldadıcı olduğunu üzə çıxartdı. Doğrusu budur ki, Ərdoğanın açıqlamalarına və Ankaranın xarici siyasətinin dönməsinə diqqət etməklə belə bir fərziyyə yürütmək olar ki, Türkiyənin Rusiya və İranla müttəfiqliyi müəyyən bir müddətə olub və hər şeydən əvvəl ABŞ-a təzyiq xarakteri daşıyıb ki, Vaşinqton gələcəkdə bu ölkəyə daha çox diqqət ayırsın. Bu fərziyyəni müdafiə etmək üçün bir neçə sübut göstərmək olar. Onlardan ən önəmliləri aşağıdakı kimidir:
1. Türkiyənin Suriyaya hücum və işğalçılıq niyyətləri
Suriyada böhranın başladığı ilk dövrdən Türkiyə bu ölkəyə hərbi müdaxilə üçün bəhanələr axtarırdı. Ancaq Suriyanın mərkəzi hökumətinin müxalifəti ilə qarşılaşdığı və Ankaranın Suriyadakı terrorçu qüvvələri, xüsusilə də İŞİD-i gizli dəstəklədiyindən bu işin dərhal həyata keçməsinə ehtiyac duyulmurdu. Ərdoğan İŞİD-in regionda yaşamasının əməldə mümkün olmadığı nəticəsinə gəldikdən və Türkiyənin dəstəklədiyi terror birləşmələrinin ağır məğlubiyyətə uğradıqdan sonra Ankara “Fərat qalxanı” layihəsi ilə Suriyanın şimalına ordu yeritməyi qərara aldı. Türkiyə əvvəl Cerablusi, sonra isə Suriyadakı dəstəklədiyi qüvvələrin bir hissəsi ilə birlikdə Cerablusun qərb istiqamətində bu şəhərlə Azəz arasındakı ərazini işğal etdi. Ötən bir ay ərzində də Hələb əyalətinin şimal hissəsində Əlbab şəhərinə intensiv hücumlar edib. Sözügedən hadisələr İran və Rusiya arasında yaxınlaşma istiqamətində bir qədər qəbuledici idi. Ancaq ötən günlərdə Ərdoğanın Bəhreyn və Ərəbistana səfəri çərçivəsində Əlbabdan sonra Rəqqə və Münbic istiqamətinə doğru irəliləyəcəyini açıqlamasının şahidi olduq.
Şübhəsiz, Ankara və Ərdoğanın bu artıqtamahlığı Kreml siyasətçilərinin bərk tənqidi ilə qarşılaşdı. Doğrusu, ruslar Türkiyənin Suriyada iştirakının genişlənməsini istəmirlər və dəfələrlə bildiriblər ki, Suriya mərkəzi hökuməti ilə razılaşmadan bu ölkəyə qarşı hər növ xarici müdaxilə Suriyanın milli hakimiyyətini pozmaq sayılır. Belə bir durumda Ərdoğanın işğalçılıq tamahını Suriyada sabitliyin yaranmasında əsas maneə və Moskvanın narazılığı üçün zəminə yaranması kimi dəyərləndirmək olar. Elə bu məsələ də yaxın gələcəkdə Türkiyə və Rusiya mövqelərinin və əməkdaşlıqlarının bir-birindən uzaqlaşacağına səbəb olacaq.
2. Türkiyənin ABŞ-a yaxınlaşmaq meyli
Türkiyənin Rusiyadan uzaqlaşmasını göstərən ikinci mövzu Ankaranın Tramp dövlətinə yaxınlaşmaq meylidir. Ərdoğan Trampın Suriyada təhlükəsiz zonaları yaratmaq planından çox yaxşı xəbərdardır və bu əlaqələrdə iki məqsəd güdür: biri Türkiyənin nəzarətində Cerablusdan Azəzə qədər olan ərazilərin və Əlbab şəhərinin “təhlükəsiz zona” və “uçuş qadağan” zonaları kimi rəsmi olaraq tanınması, digəri isə Suriyada kürdlərin nəzarətində olan Hasəkə əyalətində təhlükəsizlik zonasının yaranmasına mane olmaq.
Bu mövzu ilə yanaşı ABŞ rəsmiləri də Türkiyə və Rusiya bir-birindən uzaqlaşdırmağa təlaş edirlər və buna bir qədər nail olublar.
Belə nəzərə gəlir ki, SİA rəhbəri Mayk Pompeonun Türkiyəyə səfərindən sonra Ankara rəsmiləri ondan Münbic və kürdlərin geri çəkilməsi vədini alıblar. Ona görə də ABŞ-a doğru meyilləniblər. Bu məsələnin ən mühüm əlamətlərini Ərdoğanın Bəhreyn və Ərəbistanda Suriya dövlətinə qarşı mövqeində və Astana görüşündə bir gün təxirlə, özü də aşağı səviyyədə heyətlə iştirakında müşahidə etmək olar. Ümumilikdə Türkiyənin ABŞ səmtinə meyillənməsi Rusiya rəsmilərinə Suriyada dərhal hərbi əməliyyat tədbirləri aparmaları olduqlarını anlatdı. Ruslar Türkiyə siyasətində bu dönüklüyün ardınca Rəqqədə İŞİD mövqelərini vurmaq üçün ilk dəfə olaraq qanadlı və ağıllı raketlərdən istifadə etdi. Bu hərəkət bir növ Ankaran açıq-aydın mesaj idi ki, Türkiyə Rəqqəyə doğru getməməlidir və getdiyi surətdə Moskvanın sərt reaksiyası ilə üzləşəcək.
Sonda demək olar ki, Türkiyənin utilitarizm yanaşma ilə Tehran və Moskvaya yaxınlaşması region, hətta dünya səviyyəsində Ankaraya qarşı güvənsizlik üçün zəminə yaratdı. Bu proses Amerika da daxil olmaqla bir sıra ölkələrin Türkiyəyə güvənini itirməsinə səbəb olacaq və bu sabitsizlik gələcəkdə Türkiyənin xarici siyasətində onun milli maraqlar istiqamətində qərarlarına böyük ziyanlar vuracaq.
Mənbə: Əl-Vəqt