Biz Gürcüstan Ruhaniləri olaraq Azərbaycan dövlətinə müraciət edərək bildiririk ki, belə haqsız həbslərin və təqiblərin qarşısını alsınlar.
Arannews- Gürcüstan Ruhaniləri Hacı Sərdar Hacıhəsənli və digər din alimlərinin həbsinə etiraz əlaməti olaraq bəyanat yayıblar.
bəyanatda deyilir:
"Bağışlayan və mehriban Allahın adı ilə
Son illərdə Azərbaycan Respublikasında din xadimlərini dövlətçiliyə qarşı təhlükəli şəxslər kimi qələmə vermək hallarının şahidi oluruq. Hesab edirik ki, əhalisinin böyük bir hissəsi müsəlman olan Azərbaycanda ruhaniləri gözdən salmaqda və Azərbaycan xalqının inancılarına qarşı adım atmağda, hakimiyytdə maraqlı olan qüvvəllər var.
Azərbaycan gəncliyini mənəvi paklıq və dürüstlüyə yönəldən din alimlərinin dini ayin və mərasimləri icra etmək (Cümə namazı qılmaq) kimi suçlamalarla və müəyyən dini bir zəruri əhkam və məkanların müdafiəsinə qalxdıqlarına görə həbs olunmaları Azərbaycan hakimiyətinin İslama qarşı mövqeyini qostərir.
Hesab edirik ki, belə hallar Azərbaycanın imicinə ləkə gətirəcək, Onu beynəlxalq insan haqlarını müdafiə təşkilatları qarışısında qoymaqla yanaşı inanclı vətəndaşların güvəncsizliyinə səbəb olacaqdır. Biz Gürcüstan Ruhaniləri olaraq Azərbaycan dövlətinə müraciət edərək bildiririk ki, belə haqsız həbslərin və təqiblərin qarşısı alınsın!
Gürcüstanın Ruhaniləri Heyəti"