Tarix : 2017 Feb 26
Kod 51302

Gürcüstanda Xocalı soyqırımına anım mərasimi təşkil edilib

tədbirdə Gürcüstanın müxtəlif bölgələrindən ruhanilər, azərbaycanlı və gürcü elm və ictimaiyyət xadimləri iştirak edib.
Arannews- Gürcüstan Müsəlmanları İdarəsi və Azərbaycanlıların Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Xocalı soyqırımına anım mərasimi təşkil edilib.
tədbirdə Gürcüstanın müxtəlif bölgələrindən ruhanilər, azərbaycanlı və gürcü elm və ictimaiyyət xadimləri iştirak edib. Əvvəlcə soyqırım qurbanlarının və şəhidlərin ruhuna Qurani-Kərimdən ayələr və dualar oxunub.
Sonra təbirin aparıcısı Mayak Nemətov 1992-ci ilin 25-dən 26-sına keçən gecə Xocalıda baş verən insanlıqdan uzaq törədilən vəhşiliklər barədə statistik məlumat verərək, çıxış üçün sözü Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və Gürcüstanın müftisi Yasin Əliyevə verib. Onlar çıxışında Xocalı soyqrımının ildönümü münasibəti ilə Azərbaycan xalqına və İslam dünyasına baş sağlığı verib. XX əsrin faciəsinin dəhşətindən, əsrimizdə də bəzi müsəlman ölkələrində dünyanın seyirci qaldığı soyqrımların, günahsız insan qətllərinin səngimək bilməməsindən, hər zaman müsəlmanlara aid məsələlərdə ikili standart sərgiləyən aparıcı dövlətlərin Xocalıya laqeyd yanaşdığı kimi bu gün dünyada baş verən hadisələrə də seyirci qalmasından və belə hadisələrin qarşısının alınması və təkrarlanmaması üçün tarixdən ibrət alaraq müsəlmanların ayıq-sayıq, həmrəy olaraq dost və düşmənlərini tanımanın vaxtı çatdığından danışıblar. 


  • Yazılıb
  • da (də) 2017 Feb 26
  • Göndərən مدير سايت Aran News