Ruhani Kərbəlayi Qədir: "Şeyx Sərdar hər zaman doğru düşünüb və doğruluğu özünə həyat tərzi seçmiş bir ruhanidir."
Arannews- Şeyx Sərdar Hacıhəsənlinin həbsinə münasibət bildirən ruhani Kərbəlayi Qədir bunları deyib:Şeyx Sərdar siması hamıya bəlli bir simadır. O, hər zaman doğru düşünüb və doğruluğu özünə həyat tərzi seçmiş bir ruhanidir. Gənc yaşlarından özünü dinə və onun maraqlarına həsr etmiş, xalqın sevimlisi olan Şeyx Sərdarın bu sayaq həbs olunması utancverici haldır.
Doğru həyat tərzi seçmiş və doğru bildiklərinin tələbinə uyğun addım atmış İslam övladı Şeyx Sərdarı həbs edənlərə yalnız bir sualım var: “Doğru olmaq günahmı?”