Şeyx Sərdar Hacıhəsənlinin qanunsuz həbs edilməsi ilə bağlı keçirdikləri dinc etiraz aksiyasında saxlanılan şəxslərə həbs cəzası verildi.
Arannews- Masallıda öz ruhanilərinin həbsinə etraz edən dinc əhalidən 15 nəfər saxlanılıb.Masallıda öz ruhaniləri Şeyx Sərdar Hacıhəsənlinin qanunsuz həbs edilməsi ilə bağlı keçirdikləri dinc etiraz aksiyasında saxlanılan şəxslərdən bir qismi Masallı Məhkəməsinə aparılaraq onlar barədə sutkalıq həbs qərarı çıxarılıb.
saxlanılanlardan Həbibov Məhəmməd Əsgər oğluna 25 sutka, Rəhimov Salmana 15 sutka, Şahhüseynov Fizuliyə 15 sutka, İmadəddin Məhərrəmova 10 sutka inzibati həbs cəzası verilib.
Saxlanılanlardan bir qismi müxtəlif pul cərimələri ilə azadlığa buraxılmışdır.
Saxlanılan dindarlar bildirirlər ki, polis tərəfindən işgəncəyə və qeyri-insani rəftara məruz qalıblar.