Vəliyyi-fəqihin Qərbi Azərbaycan üzrə nümayəndəsi və Urmiyanın imam cüməsi Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə keçirilən mərasimdə iştirak edən qonaqları qəbul edib.
AranNews – Görüşdə Ayətullah Qüreyşi deyib: “Quran və Əhli-beyt (ə) təlimlərinə əsasən biz müsəlmanlar bir-birimizlə qardaşıq və ortaq taleyimiz vardır. Düşmənlərimiz bizim aramızda ayrılıq salmışdır. Belə heyətlərin qarşılıqlı səfərləri bizim qardaşlığımızı gücləndirir”.
Urmiyanın imam cüməsi əlavə edib: “Mütəal Allah Quranda buyurur: “Hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur”. Hər vaxt Xocalı hadisəsini xarıtlasaq, ürəyimiz ağrıyır”.
Ayətullah Qüreyşi daha sonra deyib: “Biz müsəlmanların süstlüyü üzündən dünyanın hər yerində müsəlmanların qətliam edilməsi bir adətə çevrilib”.
Vəliyyi-fəqihin nümayəndəsi bildirib ki, kafirlər sonda məğlub olacaqdır, ancaq məharət odur ki, onların bu məğlubiyyəti bizim əlimizlə olsun.
Sonda iki ölkə xalqının daim münasibətləri qorumasının vacibliyini vurğulayan Ayətullah Qüreyşi deyib: “Əsas odur ki, iki xalq arasında münasibətlər olsun. Hərçənd, İran və Azərbaycan dövlətlərinin münasibətləri də bizim üçün önəmlidir”.