Azərbaycan Ruhanilər Məclisi bu həbsi sifarişli hesab edir, onu qətiyyətlə pisləyir və məsələnin müsbət istiqamətdə həll olunmasına çağırış edirik.
Arannews- Azərbaycan Ruhanilər Məclisi (ARM) ruhani Şeyx Sərdar Hacıhəsənlinin həbs olunması ilə bağlı bəyanat yayıb.
bəyanatda deyilir:
"Bismillahir-Rəhmanir-Rəhim.
Böyük təəssüf hissi ilə qeyd etməliyik ki, özünü İslam dünyasının nəinki ayrılmaz bir parçası hesab edən, hətta bir çox müsəlman dövlətlərinə “biz nümunəvi müsəlman ölkəsiyik” çağrışı edən bir ölkədə İslam dininin təbliği ilə məşğul olan bir kəsin bu dini təbliğ etdiyi üçün istintaqa cəlb edilib sonradan barəsində həbs qətimkan tədbirinin seçilməsi gülüncdoğurucu haldır.
Azərbaycan Ruhanilər Məclisi (ARM) dinin sadiq qoruyucusu, sağlam düşüncəyə malik, gözəl əxlaq sahibi, daim zülm və zalıma qarşı barışmaz mövqe sərgiləyən və həyatını dinin maraqlarına həsr edən Şeyx Sərdar Hacıhəsənliyə qarşı atılan bu addımı Allah, Onun Peyğəmbəri (s) və imam Zamana (ə.c) qarşı elan edilən düşmənçilik kimi dəyərləndirir və sonda bu döyüşün Allah və dinin qələbəsi, zalım dəstənin isə məğlubiyyətilə bitəcəyinə inanır.
Unutmaq olmaz ki, din müdafiəçilərini müxtəlif yalan və əsassız bəhanələrlə şərləyib həbs etmək, heç də İslamın zəifləməsilə bitməmiş, bundan sonra da bitməyəcək. Çünki İslamın özünü müdafiə etmə mexanizmi onun öz təlimlərinin içərisində yerləşdirilmişdir.
Biz Azərbaycan Ruhanilər Məclisi (ARM) olaraq bu həbsi sifarişli hesab edir, onu qətiyyətlə pisləyir və məsələnin müsbət istiqamətdə həll olunmasına çağırış edirik.
Azərbaycan Ruhanilər Məclisi"