Tarix : 2017 Feb 27
Kod 51310

MMDİB: "Hacı Sərdar Azərbaycan gənclərinin fəsada meyl etməsinin qarşısını alan bir ruhanidir"

Hacı Sərdar Azərbaycanda istər milli-mənəvi dəyərlər, istərsə də əxlaq və şəriətin təbliği ilə gənclərin narkomaniya, fəsad və cinayətə meyl etməsinin qarşısını almışdır.
Arannews- "Milli Mənəvi Dəyərlər" İctimai Birliyi  Şeyx Hacı Sərdar Hacıhəsənlinin həbs olunması ilə bağlı bəyanat yayıb.
"Bu gün ölkəmizdə yenidən inanclıların, ruhanilərin həbs xəbəri təşkilat olaraq bizi sarsıtdı. İlk öncə qeyd etmək istəyirik ki, Şeyx Hacı Sərdar Hacıhəsənli (Babayev) nəinki cənub bölgəsi və Azərbaycan, ümumiyyətlə ölkəmizdən kənarda tanınan və nüfuz sahibi ilahiyyatçılardandır. Ümumiyyətlə müstəqilliq illərimizdən öncə Sovet dövründə əllə sayılan ruhanilərin yanında ilahiyyat təhsili almış, sonra (indi xaricdə təhsil alanların təbliğatı qadağan edilib) qadağan olunmayan bir dövrdə İran İslam Respublikasında Ali Ruhani təhsilinə yiyələnmişdir. Ölkəmizdə istər milli-mənəvi dəyərlər, istərsə də əxlaq və şəriətin təbliği ilə gənclərin narkomaniya, fəsad və cinayətə  meyl etməsinin qarşısını almışdır. Masallıda uzun müddətdir ki, cümə namazlarını qıldıran və cümə imamı kimi tanınan Hacı Sərdarın birdən, guya hansısa qanunu pozması kimi elan etməsi və cinayət məsuliyyətinə cəlb etmək istəyinin arxasında sanki cəmiyyətə hələ qaranlıq məqamlar var. Sanki kimlərsə Sərdar Hacıhəsənlilə bağlı sadaladığımız bu və onlarla bu kimi fəaliyyətlərindən narahat olmuş, ölkəmizdə İslam həmrəyliyinin elan olunmasına baxmayaraq inanclıları, dindarları narahat edən qərarlara imza atmağa sövq etmişdir. Bu həbs istər dini kəsimi, istər hüquq müdafiəçilərini bir mənalı şəkildə narahat emtiş və bununla bağlı açıqlamalar verməkdədirlər.
"Milli Mənəvi Dəyərlər" İctimai Birliyi olaraq; Şeyx Hacı Sərdar Hacıhəsənlinin namaza görə həbs edilməsini pisləyir və tezlikə bu düşünülməmiş qərarları ləğv etməyə çağırırıq".


  • Yazılıb
  • da (də) 2017 Feb 27
  • Göndərən مدير سايت Aran News