Tarix : 2017 Feb 27
Kod 51311

AİP Xocalı faciəsi qurbanlarının abidəsini ziyarət edib+FOTO

Partiya funksionerləri faciə qurbanlarının xatirəsini yad edib və ruhları üçün dualar oxuyublar.
Arannews- Azərbaycan İslam Partiyası fevralın 26-da Xətai rayonunda Xocalı faciəsi qurbanlarının abidəsini ziyarət edib. Partiya funksionerləri abidə önünə gül qoyaraq qoyaraq faciə qurbanlarının xatirəsini yad edib və ruhları üçün dualar oxuyublar.
Qeyd edək ki, Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb ki, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70 nəfəri qocadır. 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150-sinin taleyi indi də məlum deyil.


























  • Yazılıb
  • da (də) 2017 Feb 27
  • Göndərən مدير سايت Aran News