Tarix : 2017 Feb 28
Kod 51314

Azərbaycanın tanınmış şərqşünası: Doktor Vilayətinin yolunu bağlayıb, vasitəçilik etməsinə icazə vermədilər

İşğal altında olan ərazilərin azad edilməsi üçün Qarabağ müharibəsində məğlubiyyətin səbəblərini araşdırmaq lazımdır.
AranNews – Urmiyada Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə keçirilən konfransda çıxış edən Zərdüşt Əlizadə deyib: “Yəhudi və xristianların müsəlmanlarla düşmənçiliyinin kökü çox qədimdir. Düşməndən düşmənlikdən başqa bir şey gözləmək olmaz. Ancaq müsəlmanların Qarabağ müharibəsində məğlubiyyətinin səbəbləri araşdırılmalıdır”.
Z. Əlizadə əlavə edib: “İyirmi beş ildir ki, Qarabağ işğal altındadır. Bu hadisədə diqqət edilməli məsələ odur ki, Qarabağ müharibəsi başladıqda Azərbaycan və Ermənistanın heç birinin ordusu yox idi və heç biri dünyada rəsmi olaraq tanınmırdı. Halbuki, Azərbaycanın cəmiyyəti Ermənistanla müqayisədə daha çox idi”.
Məğlubiyyətin əsas səbəbini təfriqəçilikdə görən şərqşünas vurğulayıb: “Bizi zəiflədən amilləri tanımalı, vəhdət yaradan yanaşma seçməli və pak niyyətli insanların ətrafına toplaşmalıyıq”.
Z. Əlizadə çıxışının davamında deyib: “Qarabağ müharibəsində bizə kömək etdikləri üçün İran xalqı və dövlətinə minnətdarlığımı bildirirəm. Yaxşı yadımdadır ki, müharibə zamanı İranın xarici işlər naziri doktor Vilayəti Bakıya gəldi və o zamankı prezidentlə müzakirə etdi. Vasitəçilik üçün onun razılığını aldı və işğal edilmiş ərazilərə səfər etmək istəyirdi. Ancaq çox təəssüf olsun ki, Ağdamda onun yolunu bağladılar və onu Bakıya qaytardılar”.
Azərbaycanlı şərqşünas vasitəçilk qruplarının təsirsiz olmasının bir səbəbini də Azərbaycanın daxilində zəifliyin olması adlandıraraq deyib: “Zəif tərəflə sülh etmirlər. Biz o qədər güclü olmalıyıq ki, bizimlə müzakirə və sülh etmək istəsinlər”.


  • Yazılıb
  • da (də) 2017 Feb 28
  • Göndərən مدير سايت Aran News