Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri deyib: Qarabağın işğalı, Fələstinin işğalının davamıdır.
AranNews – Urmiyada Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə keçirilən konfransda çıxış edən Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri deyib: “Xocalı qətliamı 20-ci əsrin ən böyük soyqırımıdır. Biz bu faciəni hamıya çatdırmalıyıq”.
R. Əhmədli daha sonra deyib: “Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Ermənistan bizim torpaqlara göz dikdi və Azərbaycana hücum etdi, Xocalı şəhərində qadın, kişi, uşaq, qoca və cavanları qətliam edərək böyük cinayət törətdi”.
İran İslam Respublikasının Azərbaycana yardımlarını də xatırladan R. Əhmədli deyib: “İran İslam Respublikasının bizə dəstəyi olmasaydı və öz torpaqlarında bizim camaatımıza sığınacaq verməsəydi, Zəngilanda da digər bir Xocalı hadisəsi baş verəcəkdi”.
“Qarabağ məsələsi azərilərin deyil, bütün dünya müsəlmanlarının əsaslı bir problemidir. Bizim əvvəldən sözümüz bu olmuşdur ki, Qarabağın işğal edilməsi, Fələstinin işğalının davamıdır”-deyə, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri bildirib.
Müqavimət hərəkatının sədri çıxışının sonunda deyib: “Azərbaycan və Ermənistan arasında vasitəçilik etmək üçün Minks qrupu tanıdılıb. Ancaq Minsk qrupu Qarabağ məsələsini həll edə bilməyəcək. Bizim məsələmiz müharibə olsaydı, Azərbaycan gəncləri bu məsələni öz gücləri ilə həll edərdilər. Lakin bu siyasi bir məsələdir. Erməniləri Qafqazda məskunlaşdıranlar öz məşum niyyətlərini davam etdirmək üçün Qarabağın işğalını davam etdirirlər”.