Tarix : 2017 Feb 28
Kod 51319

Azərbaycan ruhanilərindən Hacı Sərdara dəstək

Azərbaycan ruhaniləri: "Hacı Sərdar Hacıhəsənli (Hacı Sərdar Babayev) hörmətli ruhani olmaqla yanaşı, gözəl insan və nümunəvi vətəndaşdır".
Arannews- Azərbaycan ruhaniləri ARM-ın üzvü, “Maide.Az” saytının baş redaktoru ruhani Hacı Sərdar Hacıhəsənlinin həbsindən narahatdır.
Azərbaycan ruhanilərinin narahatlığını əks etdirən bəyanattəqdim edilir:
Bismillahir-Rəhmanir-Rəhim!
Biz, aşağıda imza edənlər, görkəmli ruhani, tanınmış ilahiyyatçı Hacı Sərdar Hacıhəsənlinin həbsi ilə bağlı dərin narahatlığımızı bəyan edirik.
Hacı Sərdar Hacıhəsənli (Hacı Sərdar Babayev) hörmətli ruhani olmaqla yanaşı, gözəl insan və nümunəvi vətəndaşdır. Hacı Sərdar Hacıhəsənli ölkənin ən dəyərli, ən nüfuzlu ruhanilərindəndir. Onun etiqadlı, təqvalı bir şəxsiyyət olması hər kəsə bəllidir. Belə bir insanı cümə namazı qılmasına görə həbs etmək - anlaşılmaz və ağlasığmaz bir haldır.
Böyük təssüf hissi ilə bəyan edirik ki, Hacı Sərdar Hacıhəsənlinin ruhaniliyinə hörmət qoymayaraq, onu istintaq müddətində həbs etdilər. Halbuki, o, heç bir vəchlə istintaqdan yayınmamışdır və həbs üçün heç bir əsas verməmişdir.
Qanunlarımız insanların cəmlə ibadət etmək hüququnu birmənalı olaraq təsbit edir. Belə olan halda, Hacı Sərdar Hacıhəsənlinin camaatla namaz qılması kimləri narahat edə bilərdi ki? Hacı Sərdar Hacıhəsənli öz namazı ilə hansı təkfirçi-vəhhabi dairələri narahat etdi ki, nəticədə belə anlaşılmaz durum yarandı?
Hacı Sərdar Hacıhəsənlini cümə namazı qılmağa bölgənin rəsmi qazisi dəvət etdiyi halda, Hacı Sərdar hansı qanunları pozmuşdur?
Ölkəmizdə “İslam həmrəyliyi ili” elan olunan bir zamanda, Hacı Sərdar Hacıhəsənli kimi bir Əhli-Beyt (ə) ruhanisini həbs etmək, görəsən kimlərin planlarına aiddir?
Birmənalı olaraq, əminik ki, Hacı Sərdar Hacıhəsənlinin həbsi - əsassız və səhv addımdır. Eyni zamanda, milli-mənəvi dəyərlərimizə qarşı bir hörmətsizlikdir.
Əlaqədar orqanlara, Hacı Sərdar Hacıhəsənlini dərhal azadlığa buraxmaqla bağlı çağırış edirik.
 
Hacı Əli Behişti
Hacı İlqar Rəcəbov
İlqar Kamil
Hacı İlqar İbrahimoğlu
Hacı Rəşad Həşimov
Hacı  Namiq Abışov
Hacı İqbal Novruzov
Hacı Telman Əsədullayev
Hacı Fəxri İlyasov
Hacı Əhliman Rüstəmov
Hacı Cəmil Həsənov
Hacı Yasin Əliyev
Hacı İlqar Əliyev
Hacı Əlzaman Əliyev
Hacı Mahir Həziyev
Hacı Əfqan Muradlı
Seyid Ağalar Cabbarov
Kərbəlayi Şamil Nərimanov
Hacı Rizvan Atakişiyev
Hacı Seyran Rzayev
Hacı Mir Qasim Əliyev
Hacı Bəxtiyar Hüseynov
Hacı Siyasət Bağırov
Hacı Rza Əliyev
Hacı Mir Nemət Mirzəyev
Hacı Abbas Abbasov
Samid Paşayev
Hacı  Emil Rahiloğlu
Hacı Süleyman Fərzəliyev
Vüsal Hüseynzadə
Hacı Azər Sericanov
Hacı Rüfət Məmmədov
Hacı Fizuli Şəfiyev
Hacı Mir Mehdi Darafərin
Hacı Eyvaz Baxşıyev
Hacı Taleh Abbasov
Eyvaz Abdullah
Hacı Kərim Cəlilov
Hacı Əbuzər Cəbiyev
Hacı Cavid Oruczadə
Hacı Seyid Zahir İbişov
Hacı İlham Əliyev
Hacı Natiq Lələyev
Kərbəlayi Vəli Qardaşzadə
Hacı Vasif Nəftullayev
Hacı Fariz Xammədli
Hacı Oktay Məmmədov
Kərbəlayi Rza Şükürlü
Hacı Elçin Manafov
Hacı Asif Bağırov
Hacı Əlihüseyn Nuri
Famil Burxanoğlu
Seyid Ağasəf Xurşidov
Hacı Cəlal Şəfiyev
Fərid Abdulla
Hacı Vüqar İskəndərov
Kərbəlayi Qədir Məmmədov
Hacı Sahib Məmmədov
Mir Kazım Əyyubov

  • Yazılıb
  • da (də) 2017 Feb 28
  • Göndərən مدير سايت Aran News