sənədli filmlər hazırlayanlar və jurnalistlərin bu kütləvi qırğının səhnələrini qeydə almaları ilə, artıq bu faciəni gizlətmək mümkün olmadı
Arannews- Azərbaycan Respublikası Ziyalılar Hərəkatının sədri Xocalı faciəsinin cəhətlərinin gizli qalması üçün edilən cəhdlərdən söz açıb.Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı iclasda çıxış edən Eldəniz Quliyev əlavə edib: Yadımdadır, Xocalıda soyqırımı günü Azərbaycan Parlamentində idim, hökumətin informasiya sistemi bu faciənin cəhətlərini insanlardan gizləməyə çalışırdı və belə bəyan olunurdu ki, sadəcə iki nəfər həlak olub. Lakin sənədli filmlər hazırlayanlar və jurnalistlərin bu kütləvi qırğının səhnələrini qeydə almaları ilə, artıq bu faciəni gizlətmək mümkün deyildi.
Bu faciə ilə bağlı öz müşahidələrini qeyd edən Quliyevin sözlərinə görə, hamilə ananın qarnını yarmaq və dünyaya gəlməmiş uşağı çıxarmaq hər bir insanın ürəyini ağrıdan böyük cinayət idi.
Bu azərbaycanlı yazar deyib: Öz gözümlə bir mənzərənin şahidi oldum ki, Qarabağda əsir götürülmüş qızlardan ikisi ağacdan saçlarından asılmışdı və onlar bunun nəticəsində həyatlarını itirmişdilər..