Qarabağ Azadlıq Təşkilatının sədri işğal edilmiş ərazilərin azad olunması yolunun yalnız ölkəsinin cavanlarının gücünə arxalanmaqda olduğunu deyib.
AranNews – Urmiya Azad İslam Universitetinin beynəlxalq hüquq fakültəsinin təşəbbüsü ilə Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə keçirilən konfransda iştirak edən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri çıxışında deyib: “Qarabağın işğalından 25 il ötdü. Bu 25 ildə dünyanın ədalətsiz mühakiməsi bu soyqırıma göz yumdu və beynəlxalq təşkilatlar sükut etdilər. Xocalı faciəsi haqda çoxlu tutarlı sənədlər mövcuddur, ancaq istədikləri vaxt yalan iddialarını sübuta yetirməyə qalxmalarının əksinə olaraq, Xocalı faciəsini əks etdirən sənədlərə dəyər verib onları araşdıran bir kimsə yoxdur”.
QAT sədri nitqinin davamında deyib: “İslam dünyasının problemi digərlərindən yardım diləməklə deyil, yalnız və yalnız İslam ölkələrinin özündən kömək almaqla həll ola bilər. Fələstin, İslam dünyasının əsas məsələsi olduğu kimi Qarabağ da İslam dünyasının əsas məsələlərindən birinə çevrilməlidir”.
Akif Nağı çıxışının digər bir hissəsində deyib: “Qarabağın siyasi həll yolu yoxdur. Azərbaycan cavanlarının güc və bacarığına arxalanaraq Qarabağı İslamın ağuşuna qaytarmaq lazımdır. Biz əminik ki, Amerika, Rusiya və digər ölkələr Qarabağın İslamın qucağına qayıtması üçün heç bir addım atmayacaqlar. Biz bu məsələdə İran, Türkiyə, Pakistan və digər İslam ölkələrinə ümid bəsləyirik”.
O sonda vurğulayıb: “Xocalının məzlumluq səsini bütün dünyaya çatdırmalıyıq ki, səhər Qarabağı azad etmək üçün müharibəyə başlayanda heç kəs bu müharibənin nə üçün olduğunu soruşmasın və bilsin ki, bu, məzlum ümmətin zülm qarşısında reaksiyasıdır”.