Arannews- Qazaxıstsanda yaşayan azərbaycanlılar Şeyx Sərdar Hacıhəsənlinin həbsi ilə bağlı bəyanat yayıb.
bəyanatda bildirilir:
Bağışlayan və mehriban Allahın adı ilə
"Aldığımız məlumata görə fevral ayının 22-də Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, Azərbaycanda və Qazaxıstanda möminlər tərəfindən çox sevilən və rəğbət bəslənilən ruhani, Şeyx Sərdar Hacıhəsənli Masallı şəhər polisi tərəfindən qanunsuz olaraq saxlanılıb və onun barəsində həbs qəti-imkan tədbiri çıxarılıb.
Namaz məhbusu Şeyx Sərdar Hacıhəsənli Qazaxıstanda uzun müddət yaşayıb, onu təqvalı, imanlı, dindar və nümunəvi ruhani kimi tanıyırıq. Şeyx Sərdar burada yaşayan möminlər və azərbaycanlılar tərəfindən çox sevilir. Biz Qazaxıstanda yaşayan azərbaycanlılar, Azərbaycanın hakimiyyətini belə qanunsuz həbslərə son verməyə çağırırıq.
Əhalisinin böyük bir hissəsi müsəlman olan və hazırda İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edən Azərbaycanda din aliminin cümə namazı qıldığına görə həbsi yolverilməzdir".