Arannews- Bir gün hicabla müharibəyə başladınız, əlinizə nə gəldi?! Səmimi olun, Hüseyn aşiqləri çoxaldı ya azaldı?Bismillahir-Rəhmanir-Rəhim
Adı Sərdardır, familyası Babayev. Ona daha çox şeyx ya hacı Sərdar deyirlər. Mübariz və ziyalı ruhanilərdəndir. Agah, bəsirətli, təqvalı, əxlaqlı, möminlərlə mehriban, din düşmənləri ilə sərt, şücaətli, möhkəm, sevməli, sədaqətli, xəlqi və pak!
Namaz dinin sütunudur, möminin meracıdır, günah və pis işdən uzaqlaşdırandır, Peyğəmərin gözünün nurudur.
şeyx Sərdarı həbs ediblər. Demək, binamazlar ona qarşı nə ittiham irəli sürdüklərini bilirlər. Namaz!
Özü də deyib ki, o ilk namaz məhbusudur. O, əziz Azərbaycanımın qəhrəmanlarından biridir. Canım ona fəda olsun!
O yaxşı anlamışdı ki, vətən torpaqlarının azad edilməsi üçün Qarabağın sözdə himayəsinə ehtiyac yoxdur. Qarabağı İslam dini təlimlərindən ilhamlanıb azad etmək olar. Bu dinin sütunu nədir? Namaz!
O yaxşı dərk etmişdi ki, xalqı yoxsulluqdan xilas etməyin yolu haqq ələvi məktəbindən qaynaqlanan ədalətin bərpasıdır. Və bu yolun əmiri namaz vaxtı şəhadətə çatar!
Mənim qəhrəmanım düzgün dərk etmişdi ki, fəsad, rüşvət, günah, əxlaqsızlığı aradan qaldırmağın yeganə yolu əziz İslam dininin hökmlərinə sarılmaqdır. Bütün ganahlardan və pisliklərdən namaz çəkindirir!
Din və namazı rədd edənlər necə səhv düşünür ki, namazqılanları zindana salmaqla bu ilahi əmrdən uzaqlaşdıra bilərlər.
Ey nadanlar, bilin ki, əziz Azərbaycanın müsəlman xalqı Peyğəmbər (s), Əli, Hüseyn (ə) kimi İslam hökmlərinin, ilk növbədə namazın icrası yolunda canlarını fəda etməyə hazırdırlar. Necə darbaxışlı, cahilsiniz!
Bir gün hicabla müharibəyə başladınız, əlinizə nə gəldi?! Səmimi olun, Hüseyn aşiqləri çoxaldı ya azaldı?
Bu səhv yolu davam etdir. Xalqı iqtisadi təzyiq altda əz. Özün və ətrafındakıların bank hesablarınız şişsin. Öz fikrində möminlərin azadlıqlarını məhdudlaşdır, öz səlahiyyətlərini artır. Müsəlman xalqa süvar ol, onları yerə çökür, nasaleh ailəni göyə qaldır. Əxlaqsızlıq mərkəzlərini, sionist yəhudi-məsihi qurumlarını genişləndir, məscid və dini mərkəzləri bağla.
Bu sənin əməl naməndir. Qara və rüsvayçı bir əməl naməsi. Amma bil ki, səndən qabaqkı zalımlar, İslam düşmənləri bu coğrafiyada, dünya ölkələrində qalıbsa, sən də qalacaqsan.
Son söz budur ki, Allahın qanunu sənin qanunlarından güclü və təsirlidir. Allahın qanununa əsasən, sən bu addımlarınla özünü fəlakətə aparırsan.
Din dostları bilsinlər ki, azadlıq sübhü yaxındadır.