Tarix : 2017 Mar 01
Kod 51326

Şeyx Sərdar, Hacı Mövsüm, Hacı Taleh, Hacı Zülfüqar, Hacı Abgül kimi alimləri həbs etməklə düşmənin çörəyinə yağ çəkilir

Azərbaycanda uzun müddətdir ki, müsəlmanlara qarşı təzyiqlər var.
Arannews- Azərbaycanda namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin həbsindən 8 gün keçir. Həbsdə Azərbaycan Respublikası daxili etirazlarla yanaşı dünya ölkələrindən də etirazlar gəlməkdə davam edir. Rusiya, İran,  Ukrayna, Gürcüstan Qırğızıstan və digər ölkələrin ardınca Türkiyədən Şeyx Sərdarın həbsindən narahatlıqlar gündəmə gətirilib.
Hasan Karabulut: “Alimlərə edilən haqsızlıqları bu millətin, bu xalıqın, bu ölkənin, istiqlalına və təhlükəsizliyinə edilən bir hücum kimi qiymətləndirirəm” 
Türkiyə Zeynəbiyyə Hərəkatının Dünya Cəfəri Alimlər Birliyi (CABİR) sədri Hasan Karabulut bildirib ki, hadisə onların ciddi narahatlıqlarına səbəb olub.
 “Bizim etiqadımıza əsasən Allah elçilərindən, Allah vəlilərindən sonra onların missiyasını üləma icra edir və alimlər Allah elçilərini təmsil edən insanlardır. Elmləri ilə, inancları ilə, əxlaqları və həyat tərzləri ilə. Bu mənada İlahi elçilərin olduğu cəmiyyətlərdə hər şeydən öncə o toplumun ki, içərisində əgər ilahi şəxsiyyətə malik şəxslərin sözləri eşidilsə, hər şeydən öncə o məmləkətdə, o toplumda vəhdət, həmrəylik, qardaşlıq, hüzur və bütün ölkələrin ehtiyac duyduğu ictimai asayiş və rifah olar. Mən istər şiə, istərsə də Əhli-sünnət alimləri olsun, bu alimlərə edilən haqsızlıqları bir millətə, bir xalqa edilən haqsızlıq, bu millətin, bu xalıqın, bu ölkənin, istiqlalına və təhlükəsizliyinə edilən bir hücum kimi qiymətləndirirəm.
İkincisi, bir şiə ölkəsi olaraq, Azərbaycanda belə bir hadisənin baş verməsini çox böyük narahatlıqla qarşılayırıq. Bu addım bu ölkənin, bu toplumun narahatlıq mənbəyi olacaq və belə də davam edəcək. Burada gələcək məsləhətini düşünməyən siyasətçilər bir şeyi də görə bilmirlər; vəzifə üstünlüyünə görə əldə edilən məqamlar, mülklər və s. daimi, uzun müddətli deyil. Bunlar tez çökər və öz yerini tutmaz. İslamın sözü daimidir və ona diqqət edən hər kəsin qəlbində öz yerini turar.
Bir an əvvəl üləmamızın azad edilməsini və Azərbaycan xalqının həqiqətən də hüzur və mənəviyyat içində, varlıqlı və təhlükəsiz şəkildə yaşamasını Uca Allahdan diləyirik. Bütün dostarımızı və alimlərimizi də hörmətlə salamlayırıq”, - deyə CABİR başqanı düşüncələrini bölüşüb.

Qədir Akaras: "Bu addım müsəlman ölkəsinə yaraşmır"
Türkiyə Əhli-beyt (ə)Alimləri Dərnəyinin (EHLADER) sədri Qədir Akaras baş verən hadisədən təəssüfləndiyini bildirərək son dönəmdə bir sıra müsəlman ölkələrində müsəlmanların etiqadlarına görə azadlıqdan məhrum edilməsinin bu ölkələrə yaraşan addım olmadığın qeyd edib. “İlk öncə Hacı Sərdara və ailəsinə keçmiş olsun deyirəm. Təssüflər olsun ki, hazırda İslam ölkələrində müsəlmanlar ən çox ehtiyacı olan azadlıqdan məhrum edilirlər, insanların azadlıqları məhdudlaşdırılır. Bu addım müsəlman ölkələrinə yaraşmır. Halbuki müsəlman ölkələrində azadlıq tam şəkildə olmalıdır, azadlıqdan kimsə ziyan görməyib və görməyəcək də. Bu mənada İslami kimliyi və şəxsiyyəti olan insanların inancına görə azadlığının məhdudlaşdırılması hər zaman pislənilir. Biz öncədən də olduğu kimi, Azərbaycandakı qardaşlarımızın müsəlman adət-ənəsinə uyğun yaşamalarına əngəl olan hər bir növ məhdudiyyəti pisləyirik. Azərbaycan dövləti gərək müsəlmanların azadlığına dəyər verə və indiyədək həbs edilən qardaşlarımızı bir an öncə sərbəst azad edə. 
İnsanların namazına görə, düşüncəsinə görə, ibadətinə görə həbs edilən, saxlanılan və azadlıqların əllərindən alınan halları açıq şəkildə pisləyirik. Bu kimi hallar təəssüflər olsun ki, müsəlmanlara və həbslərin baş verdiyi ölkələrə heç bir faydası olmadğı kimi, müsəlmanların düşmənlərinin, o cümlədən sionisti rejim, Amerikanın dəyirmanına su tökür. Bu da heç bir ölkənin, xüsusi ilə də Azərbaycanın məsləhətinə deyil. Ona görə də azərbaycan hökuməti tez bir zamanda etiqad azadlığını Azərbaycanda təmin edməlidi”, - deyə EHLADER başqanı bildirib. 

Ercan Alagöz: “Bu anlayışla nə Qarabağ azad edilər, nə də Xocalı qətliamının hesabı sorular”
Şeyx Sərdar Hacıhəsənlinin həbsi ilə bağlı Türkiyənin Umut Işığı Dərnəyinin sədri Ercan Alagöz bildirib: “Azərbaycanda uzun müddətdir ki, müsəlmanlara qarşı təzyiqlər var. Həzrəti Zəhra (sə) məscidinin sökülməsi hadisəsindən sonra Məhərrəm-Səfər əyyamı əzadarlıqları, camaatın bir yerə toplanması qadağan edildi, azan qadağaları, Nardaran faciəsi və s oldu. Bu həbs də bu hadisələrin davamıdır. Bu hadisədən öncə də hicaba qadağa gündəmə gəlmişdi. Yaxın keçmişdə bu işləri görənlər bu həbsi də reallaşdırcaqdı ki, bu hadisə öncəkilərin davamıdır. Bu mənada Türkiyədə Azərbaycan gündəmini izləyən bizim kimi dərnəkləri bu hadisə çox da təəccüblədirmədi. Bütün bu olanları qınayırıq.
Sadəcə namaza görə, söylədiyi xütbəyə görə həbs olan ölkədə nə azadlıqlardan, nə də başqa şeylərdən danışıla bilməz. Xocalı qətliamının ildönümü oldu. Zalım erməni daşnaklarının törətdiyi bu soyqırımdan 25 il ötür. Şeyx Sərdar kimi, Hacı Taleh, Hacı Zülfüqar, Hacı Abgül, dr. Səmədov kimi alimləri və möminləri həbs etməklə düşmənin çörəyinə yağ çəkilir. Bu anlayışla nə Qarabağ azad edilər, nə də Xocalı soyqırımının hesabı sorular. Bu olanlara qarşıda bizi təqib edən ermənilər gülür. Bunu Azərbaycan hökuməti nəzərə almalıdır. Bir daha təkrarlayıram, biz bu həbsi qınayırıq”, - E.Alagöz deyib.


  • Yazılıb
  • da (də) 2017 Mar 01
  • Göndərən مدير سايت Aran News