Azərbaycan XİN sözçüsü İƏT-in 13-cü sammit iclasının bəyanatı barədə mövqeyinə etiraz edib.
Arannews- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Bişkəkin İqtisadi Əməkdaşlıq Təşkilatı İƏT-in 13-cü sammit iclasının bəyanatı barədə mövqeyinə etiraz edib.
Azərbaycan XİN sözçüsü Hikmət Hacıyev deyib: Qırğızıstanın bu sammit iclasının yekun bəyanatını tam qəbul etməkdən çəkinməsi anlaşılan deyil.
Hikmət Hacıyevin dediyinə görə, İƏT sammitinin yekun bəyanatında regional münaqişələrin ölkələrin iqtisadi inkişafına mane olduğu bildirilir, Qırğızıstan isə bu bəyanatı imzalamaqdan çəkinib.
Hikmət Hacıyev deyib: İƏT-in 13-cü sammitinin yekun bəyanatının 23-cü bəndində region xalqlarının təhlükəsizliyinin , asayişinin və rifahının təmin edilməsi vurğulanıb amma bəyanatın bu bəndinin Qırğızıstan tərəfindən qəbul edilməməsi anlaşılan deyil.