Tarix : 2017 Mar 04
Kod 51333

Şeyx Sərdar qeyrətli Azərbaycan ruhanisidir

Azərbaycanlı Jurnalist: "Şeyx Sərdar bu ölkəyə, bu xalqa çox gərəkli adamdır. O, nümunəvi əxalq sahibi və qeyrətli Azərbaycan ruhanisidir".
Arannews- "İbadət əhlinin, dindarın və ruhaninin Cümə namazında iştirakına görə həbs olunması biabırçılıq və absurddur."
Bunu Cenubnews.com saytının baş redaktor əvəzi Mirələm Həşimov Azərbaycan Ruhanilər Məclisinin üzvü, “Maide.az” saytının baş redaktoru Şeyx Sərdar Hacıhəsənlinin həbs olunmasına münasibət bildirərkən deyib.
"Mən "namaz məhbusu" Sərdar Hacıhəsənliylə yaxından tanışam. Onun cümə moizələrində iştirak etmişəm, həyatımda tanıdığım bir neçə imanlı, təqvalı, sözü ilə əməli bir olan insan varsa, onun biri də Şeyx Sərdardır. Bu sözlərim tərif üçün deyil, Şeyx Sərdarı yaxından tanıyan hər bir kəs onun nümunəvi bir ruhani, qardaş, dost və dindar olduğunu yaxşı bilir” - M.Həşimov bildirib.
O əlavə edib ki, Şeyx Sərdar təkcə ölkəmizdə yox, regionda, müsəlman aləmində də nüfuz sahibidir: “Şeyx Sərdar bu ölkəyə, bu xalqa çox gərəkli adamdır. O, nümunəvi əxalq sahibi və qeyrətli Azərbaycan ruhanisidir. Dünyanın heç bir yerində namaza görə kiminsə həbs olunduğu görünməyib. Mən bu məsələnin tez bir zamanda həll olunacağını tələb edirəm və buna ümidvaram.”




  • Yazılıb
  • da (də) 2017 Mar 04
  • Göndərən مدير سايت Aran News