Abgül Süleymanov: "Müsəlman ölkəsində belə bir hadisənin baş verməsi çox acınacaqlıdır"
Arannews- Hazırda 11 saylı CÇM-də həbsdə olan ilahiyyatçı Hacı Abgül Süleymanov ilahiyyatçı Hacı Sərdar Hacıhəsənlinin həbsinə etiraz edib
"Abgulsuleymanov.com" saytına göndərilən məktubda deyilir: "Biz də Şeyx Sərdarın günahsız yerə həbs edilməsinə çox narahat olduq. Mən həmişə şeyx Sərdarı özümə böyük qardaş bilmişəm. Əgər namaza görə kimisə həbs edirlərsə, bu bir növ Allah ilə düşmənçilik eləməkdir. Əgər bu gün şeyx Sərdarı namaza görə həbs edirlərsə, demək ki, hər bir inanclı şəxsin Allaha ibadət etdiyinə görə həbs edilmə ehtimalı vardır. Müsəlman ölkəsində belə bir hadisənin baş verməsi çox acınacaqlıdır. Şeyx Sərdara 7-dən 70-ə hamı bacardığı şəkildə öz dəstəyini bildirməlidir."