Tarix : 2017 Mar 05
Kod 51336

DƏC Sərdarın həbsi ilə bağlı bəyanat yayıb

Beynəlxalq Əhli-Beyt Cəmiyyəti müsəlmanların hüquqlarını müdafiə edən bir təşkilat kimi qətiyyətlə bildirir ki, Şeyx Sərdar Hacıhəsənlinin həbsi səhv və əsassızdır.
Arannews- Dünya Əhli-Beyt Cəmiyyəti Şeyx Sərdar Hacıhəsənlinin həbsi ilə bağlı bəyanat yayıb

Qurumun Şeyx Sərdar Hacıhəsənlini həbsini məhkum edən bəyanatına deyilir:
 “Mediada Şeyx Sərdar Hacıhəsənlinin həbs edilməsinə dair təəccüb və heyrət doğuran məlumat yayıldı. Belə ki, Şeyx Sərdar Hacıhəsənli cümə namazı qıldığına görə, Masallı Rayon İcra Hakimiyyətinin başçısının şikayəti əsasında həbs edildi. İnanmaq olmur ki, islam alimi və din təbliğatçısı islami bir ayini yerinə yetirdiyi üçün həbs edilsin. Azərbaycan Respublikasının qanunları toplu şəkildə ibadətləri yerinə yetirməsini icazə verdiyi halda, belə bir hökmün verilməsi inanılmazdır. Namaz insanları pisliklərdən və çirkinliklərdən paklaşdırmaq, eyni zamanda insanlar arasında bağlılığı birliyi və möhkəmliyi yaranması üçün bir vasitədir. Namaz təkcə bir ibadət və ayin deyil, həmçinin islam ölkələrinin milli təhlükəsizliyini və iqtidarının əsaslarını möhkəmləndirmək və artması üçündür. Eyni zamanda namaz islamın əzəməti və şöhrət göstəricisidir. Belə olan halda Şeyx Sərdar Hacıhəsənli hansı qanunları pozub?
Beynəlxalq Əhli-Beyt Cəmiyyəti müsəlmanların hüquqlarını müdafiə edən bir təşkilat kimi qətiyyətlə bildirir ki, Şeyx Sərdar Hacıhəsənlinin həbsi səhv və əsassızdır. Bu addım həmçinin ölkənin milli dəyərlərinə və islam ölkəsi olan Azərbaycanın mənəviyyatına hörmətsizlikdir. Əhli-Beyt Cəmiyyəti Azərbaycan ruhanilərinə qarşı baş qaldıran təzyiqlərlə bağlı dərin narahatçılığını bildirməklə yanaşı, aidiyyəti qurumlardan və rəsmilərdən həbsdə olan islamçıların, xüsusilə Şeyx Sərdar Hacıhəsənlinin həbsdən azad edilməsini istəyir. Şeyx Sərdar xidmətçi, təvazökar, Allaha ibadət və onun bəndələrinə xidmətdən başqa fikiri olmayan bir insandır. O, Azərbaycanda həmişə müsəlmanların birliyinin, vəhdətinin çarçısı olub və islam dininin yüksəlməsini istəyib.”


  • Yazılıb
  • da (də) 2017 Mar 05
  • Göndərən مدير سايت Aran News