Tarix : 2017 Mar 05
Kod 51338

Erməni Nazir qanunsuz olaraq Qarabağa Səfər edib

bu barədə Qarabağdakı separatçı rejim məlumat yayıb.
Arannews- Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan və silahlı qüvvələrin baş qərargah rəisi Movses Akopyanın ardınca işğalçı ölkənin fövqəladə hallar naziri də qanunsuz olaraq Qarabağa gəlib.
bu barədə Qarabağdakı separatçı rejim məlumat yayıb.
Xəbərdə deyilir ki, nazir David Tonoyanı nazirliyin xilasetmə xidmətinin direktoru Muşeq Kazaryan müşayiət edib. Qarabağ separatçılarının başçısı Bako Saakyanla görüşdə qondarma “DQR”-in “fövqəladə hallar naziri” Komitas Karapetyan da iştirak edib. Erməni mənbələri görüşdə əməkdaşlıq məsələlərinin müzakirə edildiyini bildirir. Ermənistan rəhbərliyinin bir-birinin ardınca işğal zonasına səfərləri suallar doğurur.

  • Yazılıb
  • da (də) 2017 Mar 05
  • Göndərən مدير سايت Aran News