Arannews- Bako Saakyanın “İsgəndər” hədəsi onlara çox baha başa gələcək.Bu sözləri politoloq Fikrət Sadıqov deyib. Politoloq bildirib ki, ermənilərin Azərbaycanı “İsgəndər” raketləri ilə hədələməsi ilk növbədə erməni xalqını sakitləşdirmək məqsədi daşıyır:
“Birincisi, ermənilər son aylar böyük itkilər veriblər və Sərkisyan bilir ki, Azərbaycan öz torpaqlarını azad etmək üçün bütün vasitələrdən istifadə edəcək. Ona görə də bəyanatdan o tərəfə keçməyən təhdid xarakterli açıqlamalar verir.
İkincisi, “İsgəndər” hədəsi ermənilərin işğalçı siyasətini bir daha açıq şəkildə ortaya qoyur. İrəvan başqa dövlətlərə qarşı irəli sürdüyü ərazi iddiası ilə o torpaqları daim nəzarətdə saxlaya biləcəyini düşünür. Ancaq bunun mümkün olmayacağını dərk edirlər. Çünki Azərbaycan onlara ərazilərimizdə sakit yaşamağa imkan verməyəcək.
Üçüncüsü, “İsgəndər” hədəsi Sərkisyanın seçkiqabağı kampaniyasının tərkib hissəsidir. Unudurlar ki, bu, onlara baha başa gələcək”.
Qeyd edək ki, Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan Rusiyanın Ermənistandakı “İsgəndər” raketlərinin Dağlıq Qarabağın təhlükəsizliyinin təminatçısı olduğunu bildirib.