Qarabağ Azadlıq Təşkilatının sədri: “İmperializm Azərbaycanda İslam mədəniyyətini məhv etmək istəyir”.
AranNews – Redaksiyamızın “Təsmin”ə əsasən verdiyi xəbərə görə QAT sədri jurnalistlərə verdiyi müsahibəsində Ermənistanın Qarabağı işğal altında saxlamasından 25 il ötməsinə işarə edərək deyib: “Qarabağın işğal edilməsindən sonra məsələni həll etmək üçün Amerika, Fransa, Rusiya və digər bir neçə Avropa ölkəsinin iştirakı ilə qrup yaradıldı. Sonradan məlum oldu ki, bu ölkələr öz maraqlarını təmin etmək üçün regiondakı məsələyə müdaxilə ediblər”.
Akif Nağı vurğulayıb: “Ermənistan tərəfi yalan təbliğatlarla həqiqəti dünyadan gizlətdi. Onlar tarix boyu Azərbaycana qarşı çoxlu xəyanətlər ediblər. Bütün dünya bilməlidir ki, Qarabağ İslam torpağıdır”.
Qarabağ məsələsində Minsk qrupuna daxil olan ölkələrin öz maraqlarının təmin etmələri ardınca olduqlarını bildirən QAT rəhbəri deyib: “Bu səbəbdən də onlar Ermənistanı dəstəkləyirlər. Ona görə Qarabağ da Fələstin, Yəmən və İraq kimi İslam dünyasının diqqətində olmalıdır”.
O, İranın regionda böyük islami güc olduğunu bəyan edərək deyib: “Bu günləri İslam ölkələri Fələstin xalqını dəstəkləmək üçün İranda toplanırlar. Bu mövzu İranın regionda qüdrətini göstərir”.
Akif Nağı müsahibəsinin digər hissəsində deyib: “Azərbaycanla mədəni və ictimai münasibətləri olduğu üçün İran da Qarabağ məsələsinə daxil ola bilər. Çünki imperializm regionda İslam mədəniyyətini məhv etməyə çalışır”.
QAT sədri vurğulayıb: “Müsəlmanların iki müqəddəs məkanı olan Qüds və Kəbə sionistlər və vəhabilər tərəfindən işğal edilmişdir. Bü günləri Kəbəyə getmək üçün vəhabilərin yasaqlarının, Qüdsə səfər etmək üçün sionistlərin qadağasının şahidiyik. Bu məsələ İslam düşmənlərini müsəlmanların toplanışlarından qorxduqlarını göstərir”.
“Xristianların bir ildə 10 min nəfəri toplaya bilmədiyi bir halda hər il Ərbəində Kərbəlada və həcc mərasimində milyonlarla müsəlmanın toplaşması İslam düşmənlərini qorxuya salır. Düşmən bu toplantını dağıtmağa təlaş edir”-deyə, QAT rəhbəri bildirib.
O, Qarabağın işğalını bir daha diqqətə çatdıraraq deyib: “Bu məsələ də İslam düşmənlərinin işğal siyasətinin bir hissəsidir. Onlar İslamı məhv etməyə çalışır. Biz müsəlmanlar onların bu işi etməsinə icazə verməyəcəyik”.
QAT sədri İran İslam Respublikasının regionda sülh tərəfdarı olmasını qeyd edərək deyib: “İran bu istiqamətdə böyük addımlar atdı. Ayətullah Rəfsəncaninin prezident olduğu dövrdə Qarabağ məsələsinə görə Azərbaycan və Ermənistan ölkələri bir araya gəldi. Ancaq Ermənistanın öz vədinə əməl etməməsi razılaşmanın pozulmasına səbəb oldu”.