Tarix : 2017 Mar 05
Kod 51342

Rövşən Əhmədli: Media Qarabağ həqiqətlərini İran xalqına çatdırmalıdır

Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Azərbaycan Respublikasını İrandan sonra ikinci şiə ölkəsi adlandıraraq İran İslam Respublikasının medialarının Qarabağ həqiqətlərini İran xalqına çatdırmasının zəruriliyini vurğulayıb.
AranNews – Redaksiyamızın “Təsnim”ə əsasən verdiyi məlumata görə Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli jurnalistlərə verdiyi müsahibəsində İranın bir qardaş kimi daim Azərbaycanın müsəlman xalqının yanında olmasını bəyan edərək deyib: “İran və Azərbaycan qardaş kimi daim bir-birinin yanında olmuşdur. Bu məsələ ticarət və turizm sahələrində daha çox hiss olunur”.
İranı Azərbaycanın mənəvi dostu adlandıran R. Əhmədli əlavə edib: “İranın, xüsusilə də Təbrizin alimləri və universitet müəllimləri Qarabağ məsələsində həmişə Azərbayacanın müsəlman xalqının yanında olub, bu məsələdə İran dövləti bir çox müzakirələr aparıb”.
İran mediasının Qarabağ həqiqətlərini İran xalqına açıqlamasının zəruriliyini vurğulayan R. Əhmədli deyib: “Azərbaycan Respublikası İran İslam Respublikasından sonra dünyanın ikinci şiə ölkəsidir. Bizim ölkəmizin xalqının heç bir millətə qarşı kin-küdurəti yoxdur, ancaq müsəlmanların qətliam edilməsi qarşısında sükut edə bilməz. Bu soyqırım bütün dünyada işıqlandırılmalıdır. Qarabağ məsələsi haqqında yalnız Azərbaycan xalqının məlumatı vardır. Dünya xalqları, o cümlədən İran və Türkiyə xalqları bu məsələdən xəbərdar deyil. Qarabağ mövzusunu bütün dünyaya çatdırmaq istəyirik”.
Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri qeyd edib ki, biz tarixi unutsaq, onda digər bir faciə baş verəcək. Təəssüflər olsun ki, Qarabağ həqiqətlərini və onun 25 il boyunca işğal altında olmasını çatdırmaqda çox zəif əməl etmişik. Ümidvarıq ki, bu məsələ tezliklə işıqlansın.


  • Yazılıb
  • da (də) 2017 Mar 05
  • Göndərən مدير سايت Aran News