ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz qeyd edib ki, bu proqram Yerevanla Vaşinqton arasında sıx hərbi əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Arannews- ABŞ-ın dəstəyi ilə Ermənistanda hərbçilərin hazırlanması üçün müasir təlim mərkəzi yaradılır. bu barədə Ermənistanın müdafiə naziri Vigen Sarkisyan bildirib.
“Erməni qüvvələrinin təlim mərkəzi amerikalı tərəfdaşlarımızın dəstəyi ilə yaxın aylar ərzində əsaslı şəkildə təmir ediləcək və yeni görkəm alacaq”, - o deyib.
Nazirin sözlərinə görə, mərkəzdə lazer atıcı trenajorları, kompleks təlim sistemi quraşdırılacaq ki, bunlar da əsgərlər üçün hərbi əməliyyatların tam realistik imitasiyasını yaradacaq.
Sarkisyan qeyd edib ki, mərkəzin təmirindən sonra erməni hərbçilər dünya standartlarına uyğun şəraitdə təlim keçmək imkanı əldə edəcəklər.
Bundan əlavə, ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz qeyd edib ki, bu proqram Yerevanla Vaşinqton arasında sıx hərbi əməkdaşlıq çərçivəsində həyata keçirilir.