Tarix : 2017 Mar 06
Kod 51344

İnqilab Rəhbəri: Dini ortaqlıq İran və Azərbaycan xalqlarının yaxınlıq amilidir

İnqilab Rəhbəri Azərbaycan prezidenti ilə görüşün davamında böyük qüdrətlər qarşısında toxunulmazlığa yiyələnmək üçün xalqa arxalanmaq və xalqın kənarında olmağın önəminə təkid edib və deyiblər: Xalqın dini hissiyatına hörmət Azərbaycan hökumətinin xeyrinədir.
Arannews səhər-ə istinadən-İslam İnqilabının Böyük Rəhbəri dini ortaqlığı İran İslam Respublikası və Azərbaycan Respublikası xalqları və rəsmiləri arasındakı yaxınlıq və qohumluğun ən mühüm amili adlandırıblar. İnqilab Rəhbəri buyurublar: İqtisadi əməkdaşlıqlar səviyyəsi iki ölkənin imkanları ilə müqayisədə olduqca aşağıdır və mübadilələr həcmi hazırkı miqdardan on qat yuxarı olmalıdır.
Həzrət Ayətullahülüzma Xamenei bu gün Tehranda Azərbaycan prezidenti İlham Əliyev ilə görüşdə Azərbaycan Respublikasının İran İslam Respublikası ilə bağlı mövqeyini o cümlədən nüvə məsələsində Tehrana dəstək verməsini son dərəcə dəyərli adlandırıb və deyiblər: Azərbaycan hökuməti daim siyasi və beynəlxalq dairələrdə İranın kənarında yer alıb və bu müsbət addım iki ölkəni bir-birinə daha artıq yaxınlaşdırıb.
İslam İnqilabının Böyük Rəhbəri düşmənlərin İran - Azərbaycan münasibətlərinin səmimiliyinə qısqanc yanaşmaları və bundan qəzəbli olmalarına da işarə edib və deyib: Xəbis sionist rejim hər bir düşməndən daha artıq İran və Azərbaycan arasındakı qardaş münasibətlərə zərbə vurmağa, bu münasibətləri zəiflətməyə çalışır. Buna görə də, bu kimi səylərə cavab olaraq, iki ölkə öz səmimi münasibətlərinə sahib çıxmalı və onu qorumalıdır.
İnqilab Rəhbəri Azərbaycan prezidenti ilə görüşün davamında böyük qüdrətlər qarşısında toxunulmazlığa yiyələnmək üçün xalqa arxalanmaq və xalqın kənarında olmağın önəminə təkid edib və deyiblər: Xalqın dini hissiyatına hörmət  Azərbaycan hökumətinin xeyrinədir.
Azərbaycan prezidenti İlham Əliyev də bu görüşdə deyib: İki ölkə münasibətləri ali səviyyədədir və bəzi İran - Azərbaycan münasibətlərinə xələl gətirmək istiqamətində olan bəzi səylərin heç bir nəticəsi olmayacaq.
İ.Əliyev daha sonra Tehran - Bakı əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb və deyib: Ötən bir ildə iki ölkə arasında 20 əməkdaşlıq sənədi imzalanıb və ticarət mübadilələrinin həcmi də öncəki il ilə müqayisədə 70% artıb


  • Yazılıb
  • da (də) 2017 Mar 06
  • Göndərən مدير سايت Aran News