Tarix : 2017 Mar 06
Kod 51346

Rəşt şəhərinin imam cüməsi Azərbaycan hakimiyyətinin islamçılara qarşı sərt rəftarını tənqid edib

Vəliyyi-fəqihin Gilan əyaləti üzrə nümayəndəsi: “Şiə, ABŞ və İsraildən ilham almamalıdır”.
Arannews Qafqaz-a istinadən– Redaksiyamızın “Talış” radiosuna əsasən verdiyi xəbərə görə, Rəşt şəhərində cümə namazına rəhbərlik edən Ayətullah Qurbani Azərbaycan Respublikasında şəhidin cənazəsinin dəfn mərasimində bir nəfərin salavat göndərdiyinə görə həbs edilməsindən heyrətləndiyini bildirərək deyib: “Qərbə bu qədər xidmət etmək və ondan asılı olmaq hansı mənanı daşıyır?”
Xətib xatırladıb: “Azərbaycan xalqının 80 faizdən çoxu şiə olduğu və şiə olan bir şəxsin hakimiyyəti altında yaşadığı bir halda məscid məhz Həzrət Fatimə (ə) adını daşıdığı üçün bağlanır”.
İmam cümə Ayətullah əl-üzma Məkarim Şirazinin xaric dərsindəki çıxışına toxunaraq deyib: “Cənab İlham Əliyev sionistlərə, amerikalılara və vəhabilərə xoş gəlmək üçün onların oyuncağına çevrilməməlidir”.
Xütbələrinin davamında sabiq sovet hökumətinin Azərbaycan Respublikası müsəlmanlarının dinini məhv etmək üçün təlaşlarını və bu işdə məğlubiyyətə uğramasını xatırladan xətib vurğulayıb: “Nizənin ucuna söykənmək olar, ancaq oturmaq olmaz. Sovet hökuməti də nizə ucu ilə müsəlmanlara qalib gələ bilmədi”.
Vəliyyi-fəqihin nümayəndəsi sonda dindarlara qarşı belə siyasətlərin hökumətin dağılmasına səbəb olacağını bildirib və İlham Əliyevə tövsiyə edərək deyib: “Özünə gəl və imperializmin Azərbaycana uzanan əlini kəs”.
Qeyd edək ki, Bakı hökumətinin islamçılara qarşı təzyiq və repressiyaları Masallı şəhərinin imam cüməsi Şeyx Hacı Sərdarın həbs edilməsi ilə yeni mərhələyə daxil olub. Habelə, bu yaxınlarda bir nəfər dindar şəhid cənazəsinin dəfn mərasimində salavat oxuduğu üçün 60 günlük həbsə məhkum olub.


  • Yazılıb
  • da (də) 2017 Mar 06
  • Göndərən مدير سايت Aran News