Tarix : 2017 Mar 06
Kod 51352

Alim Qasımov Pərvaz Humay ilə konsert verəcək

Konsert martın 19-da tehranda baş tutacaq.
Arannews- Alim Qasımov martın 19-da məşhur İran müğənnisi Pərvaz Humay ilə konsert verəcək.
 “Cəncale do divane” (İki dəlinin harayı) adlı konsert Azərbaycan və fars dilində olacaq. Konsert tehranda baş tutacaq.
Konsertdə ifa ediləcək bütün musiqilər, onların mətnləri hər iki tərəfin ansamblı ilə 2 ilə yaxındır ki, məşq edilir.
İfa ediləcək bütün musiqilər sırf bu konsert üçün nəzərdə tutulub.


  • Yazılıb
  • da (də) 2017 Mar 06
  • Göndərən مدير سايت Aran News