Arannews- Bakı İstintaq Təcridxanasında vəkil Cavad Cavadov ruhani Şeyx Sərdar Hacıhəsənli ilə görüşüb.Vəkil qeyd edib ki: " Sərdarın Əhvalı yaxşıdır, Azərbaycan Xalqına salamları var. Şeyx Sərdar Hacıhəsənlinin narahatlığı insanlara nəyə görə həbs olunduğunu izah etməməkdir. İnsanlar təəccüb edir və anlamır."
"Sərdar Babayevin (Hacıhəsənli) həbsinə etiraz olaraq Masallı rayonunda dinc aksiya keçirdiklərinə görə inzibati həbs verilmiş 4 nəfərin barəsində məhkəmənin qərarlarından, eyni zamanda onun həbs edildiyi gün jurnalist peşə fəaliyyətini həyata keçirən Mirələm Həşimovun qanunsuz saxlanılaraq, sonradan inzibati qaydada cərimə olunmasına dair məhkəmə qərarından apellasiya şikayəti verilib" - Cavad Cavadov bildirib.