ruhaninin cəza kamerasına salınmasına səbəb Şeyx Sərdar Hacıhəsənlinin həbsinə etiraz etməsi olub.
Arannews- İlahiyyatçı Hacı Abgül Süleymanov 11 saylı CÇM-də cəza kamerasına salınıb.
11 saylı Cəza Çəkmə Müəssisəsində həbsdə olan ruhani Hacı Abgül Süleymanov dünən 6 martda saat 18 radələrində cərimə kamerasına salınıb.
Ruhaninin cəza kamerasına salınmasına səbəb Şeyx Sərdar Hacıhəsənlinin həbsinə etiraz etməsi olub.
Qeyd edək ki, ötən həftənin şənbə günü "Abgulsuleymanov.com" saytında ruhani Hacı Abgül Süleymanovun həbsxanadan göndərdiyi məktubu yayımlanmışdı. Məktubda Şeyx Sərdar Hacıhəsənlinin namaz qıldığına görə həbs olunması pislənilib. Hacı Abgül Süleymanov hamını həbs edilən ruhaniyə dəstək verməyə çağırıb.