Arannews- Göyçay şəhərində Quran müəllimi Nurlan Musayev polis tərəfindən saxıanılıb.Nurlan Musayev polis idarəsinə çağırılaraq telefon və notbuku müsadirə edilib. Sonra özü isə Bakı şəhərinə aparılıb.
Ailə üzvləri Nurlan Musayevin saxlanılması ilə bağlı Dini Komitə, QMİ və digər aidiyyatı orqanlarla əlaqə saxlayıb saxlanılma faktının səbəbləri ilə əlaqədar məlumat əldə etmək istəsə də, onlarda bununla bağlı hansısa bir məlumatın olmadığı bildirilib.