Tarix : 2017 Mar 09
Kod 51362

Azərbaycanlı Tanınmış ilahiyatçı təhdid olunub

Təhdid edən şəxslərin kimliyi məlum deyil.
Arannews- Tanınmış Əhli-beyt (ə) məddahı və ilahiyatçı Rasim Xudayi təhdid olunub.
Rasim Xudayinin telefonuna növbəti dəfə olaraq hədə xarakterli zəng gəlib. 
Rasim Xudayiyə yaxın olan şəxslərin verdiyi məlumata əsasən bir neçə gün bundan öncə Həzrəti Zəhra (ə.s) şəhadəti ilə əlaqədar keçirilən məclisdən çıxıb evə qayıdarkən telefonuna zəng gəlib. Kimliyi bilinməyən şəxs bundan sonra məclislərdə və mərasimlərdə bir daha dindar və ilahiyyatçı məhbusların azadlığı üçün dua etməməyi tələb edib. Əgər bu iş bir daha təkrarlanarsa daha sərt tədbirlər görüləcəyi qeyd edilib.
Əhlibeyt məddahının yaxınlarının sözlərinə görə,  bu, Rasim Xudayiyə olan ilk belə zəng deyil. Bundan öncə də ona bir neçə dəfə zənglər olub və təzyiqlərlə üzləşib. Təhdid edən şəxslərin kimliyi məlum deyil.

  • Yazılıb
  • da (də) 2017 Mar 09
  • Göndərən مدير سايت Aran News