Hazırkı durumda Netanyahunun Moskva səfəri İsrailin Suriyada baş verənlərdən razı qalmaması xarakteri daşıya bilər.
AranNews - Bazar günü Rusiyanın “Sputnik” xəbər agentliyi sionist rejimin baş naziri Benyamin Netanyahunun 9 maratda Moskvaya səfəri edəcəyi və Putinlə Suriya məsələsi haqqında danışıqlar aparacağı barədə məlumat yaydı.
Suriya ordusunun Hələbin şərqində və Rəqqəyə doğru irəliləyişi, həmçinin, Türkiyənin (həqiqətdə İsrailin) dəstəklədiyi müxalif silahlı qrupların çıxılmaz vəziyyətə düşməsinə diqqət etməklə hal-hazırda Suriya hadisələrinin əsas oyunçusu Rusiyadır. Belə ki, Rusiya İsrailin Suriya ordusu və onun müttəfiqləri (İran, İraq və Hizbullah) ilə birbaşa qarşılaşmadan təhlükəsizlik mülahizələrini aradan qaldırmasını təzmin edə bilər. Ancaq belə bir sual ortaya çıxır ki, İsrailin mülahizələri hansıdır və onun narahatlıqlarını aradan qaldırmağa Putinin nə qədər gücü çatır?
İşğal edilmiş Qolan təpələri və İsrailin təhlükəsizlik narahatlıqları
Netanyahu Moskvaya səfərərinin məqsədləri ilə bağlı çıxışında İranın Suriyada hərbi iştirakını möhkəmləndirməklə Qolan təpələrində İsrailə qarşı “ikinci terrorçu cəbhə” açmağa çalışmasını da istisna etməyib.
Qolan təpələri, Suriyanın cənub-qərbində Qənitəriyyə əyaləti və Dəməşqin 70 km-də yerləşir. Onun böyük hissəsini 1967-ci ildə 6 günlük müharibə zamanı İsrail işğal etmişdir. Hal-hazırda Qolan təpələrinin Suriya ərazisində olan hissəsi İŞİD terrorçu birləşməsinə bağlı Ceyşul-Xalid qüvvələrinin nəzarətindədir. İsrail qırıcıları bu yüksəkliklərə hücum edərək dəfələrlə Suriyanın hava sərhədlərini pozmuş və Suriya ordusunun mövqelərini bombalamışdır. Onun sonuncu nümunəsi 13 yanvarda İsrailin F-35 qırıcısının Dəməşqin qərbində yerləşən Əl-Məzzə bazasına hücumudur.
İŞİD-in atəşkəs planında yer almadığı və İŞİD nəzarətində olan Qolan təpələrindəki terrorçu qüvvələrin Suriya ordusunun mühasirəsində olmasına diqqət etməklə İsrail, Suriya ordusunun bu əraziləri İŞİD-dən geri alacağından qorxur. Sionist rejim bu ərazilərdə İŞİD-i möhkəmləndirməklə özü ilə Suriya arasında fasilə yaratmağa ümid edirdi. Ancaq artıq İsrail bu ümidinin sönməkdə olduğunu başa düşmüşdür. Ona görə də Rusiyaya səfər etməklə Moskva rəsmilərinə Suriya ordusunun bu ərazilərdə niyyətini çatdırmaq istəyir. Əlbəttə, Suriya ordusu müxtəlif cəbhələrdə döyüşdüyü üçün İsrailin hava hücumlarına cavab verə bilməmişdir. Ona görə də bu senari mümkün deyil və İsrail belə bir hücumlarının ardınca rus qırıcılarının reaksiyasının qarşısını almağa çalışır. Netanyahu bu məsələyə toxunaraq deyib: “Putinlə görüşümdə (Suriyada) İsrail-Rusiya qüvvələrinin mümkün qarşıdurmalarını ən aşağı səviyyəyə endirməkdə razılığa gələcəyimizə ümidvaram”.
Bu məsələ barədə 2016-cı ilin aprelində Moskvada Rusiya və sionist rejim silahlı qüvvələrinin baş qərargah rəislərinin görüşündə müzakirələr baş tutmuşdu. Sonra da qərargah rəhbərləri Suriyada hərbi əməliyyatlarda iki tərəf arasında uyğunluq olması üçün müştərək işçi qrupu yaradılması barədə razılığa gəldilər. Müştərək qrupun işi Rusiya və İsrail silahlı qüvvələrinin Yaxın Şərqdə qarşılaşmasının qarşısını almaq idi.
Əsas məsələ budur ki, İsrail Suriyanın hava məkanını pozmaqda azad əməl etmək və Rusiya havadan müdafiə qurğularının yalnız Suriya ərazisinə məhdudlaşmasını istəyir.
Müharibədən sonra Suriya barədə müzakirə
Suriya hadisələrində İsrail, Bəşər Əsəd dövlətinin silahlı müxaliflərini dəstəkləmək sahəsində ən fəal regional oyunçu olmuşdur. Suriyada başlayan müharibədən sonra İsrailin sərhədində ən mühüm düşməni saydığı ordu çox zəifləmiş, ölkənin infrasktrukturları demək olar ki, məhv olmuşdur. İndi sülh müzakirələrindən söz açıldığı bir vaxtda İsrail gələcəkdə Suriya təhlükəsini aradan qaldırmaq üçün digər məqsədlərin ardıncadır. Suriyada dövlət tayfaçılıq yanaşması ilə federal hökumətlərə, ya muxtar hakimiyyətlərə çevrilə bilər. Həmçinin prezident postuna kim və ya (Ələvilərə həsr olmayan) müxtəlif qüvvələrdən hansı koalisiya ona rəhbərlik edəcəyi İsrailin maraqları sırasındadır. Netanyahunun narahatlığının bir hissəsi də Suriyanın gələcəyində İranın rolunun olmasıdır. Netanyahu bu barədə deyib: “İran Suriyada həm yerdə, həm dənizdə özünün daimi hərbi iştirakını təmin etmək istəyir”. Sionist rejimin baş naziri xatırladıb ki, İran qüvvələrinin Suriyadan çıxmasını istəyir və Putinlə görüşündə Suriyada daxili müharibəyə xitam verilməsi barədə anlaşma, İranın hərbi qüvvələrinin bu ölkədən çıxarılması üçün Rusiyanın təzmin verməsi barədə müzakirələr aparacaq.
Rusiya bundan öncə də İran və Hizbullah qüvvələrinin Suriyadan çıxması barədə təkid etmişdi. Amma sözsüz ki, Bəşər Əsəd dövlətinin Tehranla strateji münasibətləri olduğu üçün bu məsələni qəbul etməyəcək. Ona görə də Netanyahunun Rusiyaya səfərində əsas məqsədlərindən biri də sionist rejimin Suriyada gələcək maraqlarını nəzərə almaqla İranın nüfuzu ilə qarşılaşmaq olacaqdır.
Hizbullahın silahlanmasının qarşısını almaq
Livan Hizbullahı regionda sionistlərlərlə mübarizə aparan əsas qüvvədir. Suriya döyüşlərində də terrorizmlə mübarizədə təsirli iştirak edir. Ona görə də İsrail İran və Suriyanın Hizbullaha müasir silahlar verəcəyindən narahatdır. Sionist rəsmiləri belə düşünür ki, Rusiyanın Suriyada hərbi texnika və silah-sursatını artırması Hizbullahın rus silahları ilə təchiz olunmasına şərait yaradar və Hizbullah bu silahlardan İsrail ilə mübarizədə istifadə edə bilər. Bu üzdən Hizbullahı nəzarətdə saxlamaq və onu sözügedən hərbi silahlardan uzaq saxlamaq sionist rəsmiləri üçün böyük əhəmiyyət daşıyır.
Ümumi olaraq hazırkı durumda Netanyahunun Moskva səfərini İsrailin Suriyada baş verən hadisələr prosesindən razı qalmaması və narahatlığı kimi qiymətləndirmək olar. Ancaq Rusiyanın İran və Suriyaya təzyiq edərək İsrailin istəklərinə hansı həddə cavab verə biləcəklərinə meylin və gücünün olması barədə demək olar ki, birincisi İsrail qərbin strateji müttəfiqi və onun nüfuzunu regionda irəli aparan bir rejim olduğundan bu məsələ Moskvanın Tehranla əməkdaşlığının inkişafı prosesinin ilə ziddir. Ona görə də Netanyahu Putində belə bir meyl yarada bilməz. Digər tərəfdən də indiyə qədər Moskva-Tehran əməkdaşlığı və ittifaqına səbəb olan amil region hadisələri, o cümlədən Suriya məsələsində ortaq nəzər olmuşdur. Üstəlik, Tehran bu səhnədə Moskvanın baxışının izləyicisi kimi deyil, özünü müstəqil oyunçu kimi göstərmişdir.
Qaynaq: Əl-Vəqt