Tarix : 2017 Mar 11
Kod 51368

Şeyx Sərdarın azadlığı haqsız olaraq əlindən alınıb

Şeyx Sərdarın əsassız bir ittihamla həbsdə saxlanıldığı hər bir gün ona və onu sevənlərə qarşı haqsızlıqdır.
Arannews- Ruhani Hacı Cəlal Şəfiyev Şeyx Sərdarın keçirilən məhkəmə ilə bağlı bunları dedi: “Ortada dəyişməyən bir həqiqət var. Şeyx Sərdar kimi bir elm adamının və ağır şəkər xəstəliyi olan bir ruhaninin azadlığı haqsız olaraq əlindən alınıb. Bu Şeyx Sərdarı sevən böyük xalq kütləsini narahat edir. Şeyx Sərdarın həbsinə etiraz edən kütlə ötən bu 17 gün ərzində müxtəlif formalarda öz etirazlarını bildirsələr də, nəticədə dəyişən heç bir şey yoxdur. İttiham olunduğu maddə - 168.1.3 hələ də qüvvəsindədir. Şeyx Sərdarın əsassız bir ittihamla həbsdə saxlanıldığı hər bir gün ona və onu sevənlərə qarşı haqsızlıqdır”.
Ruhani C.Şəfiyev həmçinin əlavə edib: "Qeyd etmək istəyirəm ki, Şeyx Sərdarın barəsində olan 37 günlük həbs qəti-imkan tədbiri bəzilərində həmin müddət bitdikdən sonra onun sərbəst buraxılması ilə bağlı çaşqınlıq yaradıb. Bu belə deyil, bu müddət məhkəmənin qərarı ilə istintaq dövrü üçün nəzərdə tutulub və artırıla bilər".

  • Yazılıb
  • da (də) 2017 Mar 11
  • Göndərən مدير سايت Aran News