Arannews- Keçən ay ABŞ-da 64 yaşında vəfat edən Vitali Çurkinin tibbi ekspertiza nəticələrinin açıqlanması qadağan edilib.Rusiyanın BMT-də daimi nümayəndəsi olan Vitali Çurkin ofisində ürək tutmasından vəfat etmişdi. Rəsmilər tibbi ekspertizadan sonra əsl ölüm səbəbinin açıqlanacağını bildirmişdilər. Lakin New York adlı tibbi qurumdan bildirilib ki, Çürkinin ölüm səbəbi açıqlanmayacaq . bu qadağa ABŞ Ədliyyə nazirliyinin istəyi əsasında goyülüb.