Tarix : 2017 Mar 12
Kod 51374

Azərbaycan Hakimiyyəti repressiv addımlarını davam etdirir

Azərbaycanda media azad deyil, bir çox mətbu orqanlar hakimiyyətin təzyiqi altındadır.
Arannews- Ey vicdansız insanlar, gərək düşünəsiniz: namazı cinayət hesab edib mömin vətəndaşı həbsə atmısınız.
Ölkə mediası şiddətli bir formada xalq tərəfindən qınanmalıdır. Çünki xalqın dərdi, problemləri, haqq səsi lazımi şəkildə işıqlandırılmır. Məsələn, 1-ci vitse prezidentin keçirdiyi mənasız, heç bir işə yaramayan müşavirəsini, səviyyə sahibi olmayan məmurların ora toplanmasını reklam etməkdənsə diqqəti həbs edilmiş insanlara yönəltsəydilər, məsələ daha çox ictimailəşərdi. Amma çox təəssüf ki, media azad deyil, bir çox mətbu orqanlar hakimiyyətin təzyiqi altındadır. Hakimiyyət isə öz repressiv addımlarını davam etdirir. 
insanlara zülm edilir və bu zülmün önündə ictimai bir sükut müşahidə edilir.
Özünüz hərbi xidmət keçmisinizsə, yaxud hazırda hərbi xidmət keçən qohumlarınız varsa soruşun, oralarda namaz qılmaq çox çətin bir şeydir. Demək olar qeyri-rəsmi şəkildə qadağan edilib. Namaz qılan əsgər gördükdə isə min bir bəhanə ilə cəzalandırır, sözə baxmadığı təqdirdə nəhayət həbsə göndərilir. Əsgərlikdə namaz qılan əsgərlər yaxşı bilirlər, bir əsgər ona "nə üçün namaz qılırsan, mən sənə əmr edirəm ki, namazı bu gündən tərk edəsən" deyən zabitə belə bir cavab verir: "Sizin üç dənə ulduzunuz (məqsəd rütbədir) olduğunuz üçün sizə itaət edilir, görün Allahın səmada nə qədər ulduzu var, indi ona itaət edilməsin?" deyib.
Hərbi xidmətdə əsgərə namaz ucbatından şiddətli xəbərdarlıq, töhmət edilir, daha sonra tərk etmədiyi halda hərbiçilər üçün nəzərdə tutulan həbsxanalara göndərilir. Həbsxanalar isə fəaliyyətin dondurulduğu yerlərdir. Orada demək olar həyat donub. Təkcə Allaha təvəkkül etməyi bacaranlar, azad ruhlu insanlar orada da özlərini azad hesab edirlər. Yəqin razılaşarsınız ki, qanunsuz yerə, nahaqdan vətəndaşı həbs etməkdən daha alçaq iş onu həbsdə həbsə atmaq, cəzanın içində ona yeni bir cəza verməkdir.
Ey vicdansız insanlar, gərək düşünəsiniz: namazı cinayət hesab edib mömin vətəndaşı həbsə atmısınız. Heç olmasa imkan verin həbsdə öz azadlığını yaşasın. Daha onu namaz qıldığı üçün yenidən cəzalandırmaq hansı insanlığa sığır. Qanunlarınız başınıza dəysin, heç olmasa insaniyyətiniz olsun.
Əvvəlcə namaz məhbusu şeyx Sərdarın, daha sonra Hacı Mövsümün həbsdə namaz qıldığı üçün cəzalandırıldıqları xəbəri yayıldı. Təsəvvür edin ictimai qınaq lazım həddə olmadığı üçün namaz üstündə bir insanı həbs etməkdən xəcalət çəkməyən ünsürlər növbəti dəfə məhbusları namaz qılmaqdan məhrum etməyə çalışırlar. İslam oyunlarına ev sahibliyi edəcək bir ölkədə bu cür halların baş verməsi xüsusiylə yolverilməzdir.
ruhaniləri yanlış yolda hesab edib şərləyərək həbs etmisiniz. Üstəlik, digər tərəfdən özünüzü "İslamın keşikçisi" adlandırıb dünyaya göstərmək üçün sovetsayağı sovetdənqalma mollalarla əlbir olub onları həqiqi İslam, zülmlərinizi ifşa edənləri isə "radikal islamçı", "terrorçu", "agent" adlandırırsınız. Bəs yaxşı namaz qılmaqlarına nə sözünüz var? Bəs bilmirsiniz ki, haqqı izhar etməyi İmam Hüseyndən (ə) öyrənən bu şəxslərin sizi ifşa etmələri, haqqı xalqa çatdırmaları onların qıldıqları namazların nəticəsidir. Çünki mövla İmam Əli (ə), İmam Hüseyn (ə) buyurublar ki, bizim bütün davamız namazın diri qalması ucbatındandır. Siz isə bu müqəddəs insanların davamçılarını, namaz üstündə, hicab üstündə həbs edilmiş şəxslərin namaz qılmasını qadağan etməklə onları rüsvay etməyə çalışırsınız. Halbuki ağlınız işləsəydi anlayardınız ki, onları heç bir vəchlə namazdan ayıra bilməzsiniz. Nəticə etibarı ilə özünüz rüsvay olursunuz və məsum imamdan nəql edilən hədis bir daha təsdiqini tapır: həmd olsun Allaha ki, düşmənlərimizi axmaqlardan qərar verib.


  • Yazılıb
  • da (də) 2017 Mar 12
  • Göndərən مدير سايت Aran News