Tarix : 2017 Mar 13
Kod 51379

Masallı dindarlarının həbs müddəti başa catıb

Masallıda cümə namazından sonra öz ruhaniləri - namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin qanunsuz həbs edilməsi ilə bağlı keçirdikləri dinc etiraz aksiyasında saxlanılan şəxslərdən Həbibov Məhəmməd Əsgər oğluna, Rəhimov Salmana, Şahhüseynov Fizuliyə verilən cəza müddəti 11-03-2017 tarixində başa çatdığı üçün sərbəst buraxılıb.
Arannews- Masallıda barəsində sutkalıq inzibati həbs cəzası çıxarılan dindarlardan 3 nəfərin cəza müddəti başa çatdığı üçün sərbəst buraxılıb. 
Masallıda cümə namazından sonra öz ruhaniləri - namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin qanunsuz həbs edilməsi ilə bağlı keçirdikləri dinc etiraz aksiyasında saxlanılan şəxslərdən Həbibov Məhəmməd Əsgər oğluna, Rəhimov Salmana, Şahhüseynov Fizuliyə verilən cəza müddəti 11-03-2017 tarixində başa çatdığı üçün sərbəst buraxılıb. 
Qeyd edək ki, fevral ayının 24-də dinc aksiyada saxlanılanlardan Həbibov Məhəmməd Əsgər oğluna 15 sutka, Rəhimov Salmana 15 sutka, Şahhüseynov Fizuliyə 15 sutka, İmadəddin Məhərrəmova 10 sutka inzibati həbs cəzası verilmişdir.  
Beləliklə aksiyada saxlanılan barələrində sutkalıq inzibati həbs cəzası çıxarılan dindarlar 4 nəfər, yəni hamısının cəza müddəti başa çatdığı üçün sərbəst buraxılıb.


  • Yazılıb
  • da (də) 2017 Mar 13
  • Göndərən مدير سايت Aran News