martın 11 axşam saatlarında ruhani cəza kamerasından azad edilməli olsada sonradan cəzanın bir aya qədər artırıldığı məlum olub.
Arannews- Xəbər verdiyimiz kimi 11 saylı Cəza Çəkmə Müəssisəsində həbsdə olan ruhani Hacı Abgül Süleymanov 6 mart saat 18 radələrində cərimə kamerasına salınmışdı. Cəza müddəti 5 gün olsada ruhaninin cəzası artırılıb.Martın 11 axşam saatlarında ruhani cəza kamerasından azad edilməli olsada sonradan cəzanın bir aya qədər artırıldığı məlum olub.
Qeyd edək ki, ruhaninin cəza kamerasına salınmasının səbəbi Şeyx Sərdar Hacıhəsənli ilə bağlı yaydığı bəyanat olub.
Xatırladaq ki, ruhaninin abgulsuleymanov.com saytı vasitəsilə zindandan yaydığı bəyanatda deyilirdi: "Biz də Şeyx Sərdarın günahsız yerə həbs edilməsinə çox narahat olduq. Mən həmişə şeyx Sərdarı özümə böyük qardaş bilmişəm. Əgər namaza görə kimisə həbs edirlərsə, bu bir növ Allah ilə düşmənçilik eləməkdir. Əgər bu gün şeyx Sərdarı namaza görə həbs edirlərsə, demək ki, hər bir inanclı şəxsin Allaha ibadət etdiyinə görə həbs edilmə ehtimalı vardır. Müsəlman ölkəsində belə bir hadisənin baş verməsi çox acınacaqlıdır. Şeyx Sərdara 7-dən 70-ə hamı bacardığı şəkildə öz dəstəyini bildirməlidir."