Putin və Sarkisyan arasında görüş zamanı Avrasiya məkanında inteqrasiya əməkdaşlığın inkişafı üçün əsas siyasi ticari-iqtisadi və mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlıq məsələləri, eləcə də perspektivləri müzakirə olunacaq.
Arannews- Ermənistan prezidenti Serj Sarkisyan Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə martın 14-15-də Rusiyaya səfər edəcək. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Putin və Sarkisyan arasında görüş zamanı Avrasiya məkanında inteqrasiya əməkdaşlığın inkişafı üçün əsas siyasi ticari-iqtisadi və mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlıq məsələləri, eləcə də perspektivləri müzakirə olunacaq.Bundan əlavə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ən aktual regional məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.