Cənub Hərbi Dairəsində qoşunların hazırlığına 6 min şəxsi heyyət və 1500 hərbi texnika cəlb olunub.
Arannews- Rusiya Müdafiə Nazirliyi Ermənistan və Abxaziyadakı bazalarında qoşunların döyüşə hazırlığını qəfil yoxlayıb. Bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb. Məlumatda bidlirilir ki, Cənub Hərbi Dairəsində qoşunların hazırlığına 6 min şəxsi heyyət və 1500 hərbi texnika cəlb olunub.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Krasnodar və Stavropol bölgələrində, Həştərxan və Volqoqrad vilayətlərində, Qaraçay-Çərkəz və Adıgeydə, o cümlədən Ermənistan və Abxaziyadakı hərbi hissə və obyektlərdə hərbçilərin döyüş hazırlığına başlayıb.